DİNİ AYİN VƏ MƏRASİMLƏR Ata-babaların sitayiş edilib müqəddəs sayılması, imperatora ehtiram qoyulub
müqəddəs sayılması klassik sintoizmdə geniş yayıldığı kimi yeni şintoizmdə də
qaldı. Bundan əlavə, Yaponiyanın və yapon nəslinin seçilmiş, üstün irq kimi
müqəddəsləşdirilməsi, onların birbaşa allahların övladları hesab edilməsi Şinto
ayininin digər mərasimlərindəndir.
Şinto ayinində ailənin özü bir növ mə'bəd sayıldığına görə çox müqəddəs və
möhtərəm tutulur. Hər bir yapon ailəyə və ondakı qayda-qanunlara hörmət etməyə
borcludur. Atanın ailədəki ixtiyarı həddindən artıq çoxdur. Onun hətta öz övladını
satmaq haqqı da var və cəza qismində öz övladını e'dam edə bilər. Qadın da qeydsiz-
şərtsiz öz ərinə tabe olmalı, onun kobud hərəkətləri və yaramaz işləri qarşısında
yalnız mülayim rəftar etməlidir. Eləcə də qızlara atalarından miras düşmür. (Bu
qayda-qanunlar Yaponiyanın müasir mülki-prosessual qanunlarında qüvvədən düşsə
də, onlar Şinto ayininin mənbələrində nəzərə çarpır).
Şinto ayinindəki ibadətlər bir sıra nəğmələrdən, dua və zikrlərdən ibarət olmaqla
əsas e'tibarı ilə mə'bədlərdə və ibadət edən şəxsin istək, ehtiyacları əsasında seçilən
mə'bud qarşısında icra olunur. Günəş ilahəsinə (Amatraso) ibadətin xüsusi mövqeyi
vardır. Amatrasoya sitayiş edilməsi üçün xüsusi mə'bədlər tikilmişdir və il boyu bu
ayinin ardıcıllarından böyük bir qrupları onu ziyarət edir. Çünki Şinto ayininə tabe
olan hər bir şəxs heç olmazsa ildə bir dəfə bu mə'bədi ziyarət etmək üçün ən mühüm
Şinto mə'bədinin yerləşdiyi İse şəhərinə getməyi özünə borc bilir. Bu mə'bədlərdə
günəşin simvolu olan dairəvi bir güzgü asılmışdır. Şinto e'tiqadına görə həmin güzgü
Amatrasonun birinci Mikadoya etdiyi müqəddəs hədiyyədir.
Bu güzgüyə Şintonun iki müqəddəs kitabında - Kuciki (qədim mövzulara aid
qeydlər) və Nihunci (Yaponiyanın əhvalatları) - xüsusi diqqət yetirilir. Nihunci
kitabında qeyd olunur: “ - Amatraso qiymətli bir güzgünü əlinə alaraq və birinci