SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə120/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   116   117   118   119   120   121   122   123   ...   200
Dinlərlə tanışlıq

ŞİNTONUN MƏ'NASI 
Şinto Çin mənşəli mürəkkəb bir sözdür və iki hissədən - ruhlar, mə'budlar 
mə'nasını verən “şin” ilə yol mə'nasını daşıyan “tao” sözlərindən təşkil olunmuşdur. 
Deməli, bu sözün mə'nası “mə'budlar yolu”-dur. Şinto əvvəllər qədim yaponların 
arasında “ölülərin ruhlarının” ayini, yaxud “kamino-miçi” kimi tanınırdı. Yapon 
sözü olan “kami” təxminən Çin dilindəki “şin” kəlməsinin qarışılığı olub ruhlar 
mə'nasını ifadə edir və bu söz mə'budlar barəsində də işlədilmişdir. Bu şərhlə şinto 
aşağıdakı tə'rifi kəsb etmiş olur:


“ - Bu ayin Kamiyə və kami təfəkkürünə əsaslanan ictimai həyata olan 
e'tiqaddır. Belə ki, əsrlər boyunca istər yerli, istərsə də xarici olan müxtəlif 
mədəniyyət və irqlərin birləşməsi, toqquşması nəticəsində qaynayıb-qarışmış və 
imperator sülaləsinin nəzarəti altında vahid forma alaraq yaranmışdır.” 
ƏSASLARI VƏ E'TİQADLARI 
Müqəddəs Şinto mənbələrinə əsasən ilk əvvəldə üç mə'bud mövcud olmuşdur: 
1. Amanumi-kanuşi-nukami, yaxud səma mə'budu; 
2. Takami-nusubi-nukami, yaxud qoruma və mühafizə mə'budu; 
3. Kami-musubi-mukami, yaxud məhsuldarlıq və bərəkət mə'budu. 
Daha sonra bunların nəsil artımı nəticəsində sonrakı mə'budlar nəsli yaranmışdır. 
Nəhayət yeddinci nəsildə izanaqi (erkək mə'bud) və izanami (dişi mə'bud) adlı iki 
mə'bud bacı-qardaş surətində dünyaya gəlmişlər. Yaşlı mə'budlar onlara Yaponiyanı 
xəlq etməyi əmr etdilər. O iki mə'bud yerlə göy arasında səyyar bir körpü 
düzəltmişlər. Sonra izanaqi oradan okeana enmiş, cəvahir nişanəli nizəsini şoran 
okean suyuna batırmış və onu o qədər qarışdırmışdır ki, onun şor suyu qatılaşıb 
donduqdan sonra öz nizəsini oradan çıxarmış və ondan daman hər bir damcı 
Yaponiyanın böyük adalarından birinə çevrilmişdir. Yaponiyanın digər adaları və 
eləcə də yapon xalqının nəsli bu iki bacı-qardaş mə'budun nəsil artımından 
yaranmışdır. Digər mə'budlar da başqa yollarla bu iki mə'buddan əmələ gəlmişdir. 
Məsələn, günəş mə'budu olan Amatraso izanaqinin sol gözündən xəlq olunmuşdur. 
Yapon imperatorları özlərini Amatrasonun nəvələri adlandırırdılar. Birinci Mikado 
(Yapon imperatorlarının ləqəbi və böyük darvaza mə'nasındadır) Amatrasonun 
övladı hesab olunur və onun tərəfindən Yaponiyaya hökmran tə'yin edilmişdir. 
Şintonun qədim mənbələrində qeyd olunur ki, Amatraso birinci Mikadoya xitab 
edərək demişdir: “ - Sən ey yüksək nəsəbli övladım, oraya (Yaponyaya) get və orada 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin