SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə135/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   131   132   133   134   135   136   137   138   ...   200
Dinlərlə tanışlıq

2. Atəşgah: 
Zərdüştlər atəşgahı ətrafı açıqlıq olan bir məkanda düzəldirlər. Hər atəşgahda atəş 
yandırmaq üçün xüsusi bir mərkəz vardır ki, ətriban yə'ni, odun qoruqçusu olan 
mubəddən başqa heç kəs oraya daxil ola bilməz. Ətribanlar atəşin ətrafına gedərkən 
tənan yə'ni, ağıza bağlanan şeyləri geyməlidirlər ki, onların nəfəsi müqəddəs odu 
aludə etməsin. Atəşgahın sağ tərəfində dördbucaqlı şəkildə geniş bir otaq vardır ki, 
müxtəlif və bir-birinə bərabər hissələrə bölünmüşdür; hər biri xüsusi bir iş üçün 
nəzərdə tutulmuşdur. Bu otağı yəzqənşah yə'ni, ibadət məkanı adlandırırlar. Od 
yandırılan yeri atəşgahın ortasında düzəldirlər ki, günəşin odun üzərinə saçmasının 
qarşısı alınsın. 
Müqəddəs atəşin müxtəlif növləri vardır və onlara cəmiyyətlər əsasında tə'riflər 
verilir. Məsələn, evin atəşi, qəbilənin atəşi, kəndin atəşi, əyalətin atəşi və s. Atəşin 
qoruqçusuna “manənd” deyilir və bu vəzifə mubəd vəzifəsindən ibarət olan 
ətribanlardan fərqlənir. Manənd ruhani hey'ətlərin bir üzvüdür ki, mubədin nəzarəti 
altında odun qorunub saxlanması vəzifəsini öhdəsinə almışdır. Atəşgah həmişə ətirli 
yanıqlar səbəbi ətirlənir və odu səndəl çubuğunun hissələri ilə qeyd etdiyimiz 
mərasimlər əsasında paklayır və həmişə yanar vəziyyətdə saxlayırlar. 
3. Mubədlər: 
Mubədlər zərdüşt dininin dini rəhbərləri və ruhaniləridir, müxtəlif dini vəzifələri 
öhdələrinə alırlar. Onlar öz ardıcıllarına moizə edib yol göstərməkdən əlavə, 
atəşgahların ibadət mərasimlərini, müqəddəs odu yandırmaq üçün odunların 
paklanmasını və müqəddəs atəşin qorunub saxlanmasını öhdələrinə alırlar. 
Həmçinin təharət hökmlərinin icrası, günahkarların e'tiraflarını eşitmək, onları əfv 
edib günahlarından keçmək, kəffarənin miqdarını tə'yin etmək, cərimələr, viladət 
zamanı adi təşrifatların yerinə yetirilməsi, müqəddəs kəmərin bağlanması (kəşti), 
əqd mərasiminin icra edilməsi, cənazənin dəfni, dini bayramların keçirilməsi və 
icrası çox ağır olan şər'i cəza qanunlarının tətbiqi və bu kimi digər işlərin hamısı 
zərdüşt rəhbərlərin və mubədlərin öhdəsindədir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin