SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə133/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   129   130   131   132   133   134   135   136   ...   200
Dinlərlə tanışlıq

İkinci hissə: «Vistert» 
«Vistert» əbədi həyat dövranı və rəhbərlər mə'nasındadır. Avestanın bu hissəsi 
dua və sitayişlərdən ibarətdir. Ahura Məzdanın dərgahında Zərdüşt, Emşanspentant, 
İzadan və s. mücərrəd aləmin, asimanın və onda olanların


176 
rəhbərləridir. Bu bölmədə həmçinin dini bayramlar və onunla əlaqədar söhbətlər 
gedir. Vistert 22, yaxud 27 fəsildən ibarətdir. 
Üçüncü bölmə: «Vendidad» 
«Vendidad» - divlər əleyhinə olan qanun mə'nasındadır. Avestanın bu hissəsində 
dini qayda-qanunlar, hökmlər, dünya və axirətdəki cəzalar işıqlandırılır; fərdi və 
ictimai hökmlər bu hissədə toplanmışdır. Bu hissə həqiqətdə 22 fəsildən ibarət olan 
fiqhi bir kitabdır ki, hər fəsildə şəriət hökmlərinin bir qismi bəyan olunmuşdur. 
Burada murdar şeylər, pakedicilər, murdarlanmış şeylərin paklanma qaydası, məssi-
meyyit qüslünün qaydası, divlərin hücumunun, böyük günahların və murdar 
heyvanların həmləsinin qarşısını necə almaq barədə qayda-qanunlar toplanmışdır. 
Vendidadda dünya və axirət və'dələri barəsində, Əhrimənin Zərdüştlə necə 
mübarizə aparması, elm öyrənməyə, tə'lim-tərbiyəyə rəğbətləndirmə, izdivac edib 
ailə qurmaq və s. kimi məsələlər bəyan olunmuşdur. 
Dördüncü hissə: «Kiçik Avesta» 
Bu bölmə Sasanilər dövrünün məşhur mubədi kimi tanınan Azər-pad-maraspənd 
(odun keşikçisi) tərəfindən yazılmışdır. Bu kitab dualar, namaz, müxtəlif günlərin 
münacatları, dini bayramlar, izdivac, ölüm mərasimləri, xoş və acı günlər, 
günahların kəffarəsi, hacətlərin ödənilməsi və bu qəbildən olan digər məsələlərə 
aiddir. 
Yəştlər kiçik Avestanan digər bir hissəsini təşkil edir. Yəşt fidyə və yalvarış 
mə'nasındadır. Bu hissədə 22 fəsil vardır və hər bir fəsil mələklərdən birinin tə'rif və 
vəsfindədir. Yəşitlərdən hər biri zərdüştlər tərəfindən ilin müəyyən vaxtlarında 
oxunur. 
* * * 
Dərsin əvvəlində qeyd olunduğu kimi, on iki min inək dərisində yazılmış əsil 
Avesta İsgəndər tərəfində yandırılıb məhv edilmişdir. Mövcud olan Avesta 
Əşkanilər dövründə ağızdan-ağıza eşidilməklə, yaxud da yadda qalanları yığıb bir 
yerə toplamaqla yazılmışdır. Bu tarixi məlumatların düzgünlüyü sübuta yetsə, 
Avestaya nə qədər təhrif və dəyişikliklərin edilməsini təsəvvür etmək olar. İlk 
Avestanın çox geniş həcmə malik olmasını, onun ilk nüsxəsinin misilsiz bir 
vəziyyətdə yazılmasını və bütün ayələrinin qorunmasının qeyri-mümkünlüyünü 
nəzərə alaraq, onun sonrakı nəsillərə gəlib çatmasının nə dərəcədə çətin bir iş 
olduğunu başa düşmək olar. İlk Avestanın aradan getməsi ilə onun yeni nüsxəsinin 
yazılması arasındakı uzun zaman fasiləsi də bu məsələnin mürəkkəbliyini bir neçə 
dəfə artırır. 


177 
SUALLAR 
1. Avesta kimin göstərişi ilə və necə yazılmışdır? 
2. ”Zənd Avesta” nə deməkdir? 
3. Yəsnanın mövzusu nədən ibarətdir? 
4. Vəndidad hansı məsələləri əhatə edir?


178 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin