180
köynəyə bənzər kiçik bir köynəkdir ki, xüsusi biri formada tikilir, koşti də hinduların
zənnarına oxşayan müqəddəs bir kəmərdir.
Zərdüşt ayinində olan bir qız, yaxud bir oğlan həddi-büluğ yaşına çatıb Avestadan
din tə'limlərini
öyrəndiyi zaman, onun valideynləri sidrə geymək
və koşti bağlamaq
mərasiminin icra olunması üçün müəyyən bir gün tə'yin
edir və öz qohum-
əqrəbalarını, dostlarını bu mərasimə də'vət edirlər. Bu gündə əvvəlcə böyük bir süfrə
salınır və onda atəş sinisi, səndəl ağacından düzəldilmiş qab, ud çubuğu, bir qabda
qurudulmuş meyvələr (püstə, badam, qoz, fındıq, sincid, ərik yarpağı, əncir, nargil
və bir qədər noğul və şirni tökülür; ona nərək deyilir) və bir qədər gül, göy, avişən
yə'ni, kəklikotu və düyü ilə bəzəyirlər. Daha sonra həddi-büluğa çatan oğlan və ya
qız sidrə köynəyini geydikdən sonra süfrənin bir kənarında üzü günəşə tərəf oturur,
mubəd onun qarşısında dayanır və mərasimi orzodişt (razi-niyaz ayini) oxumaqla
başlayır. Sonra mubəd süfrənin digər tərəfinə gedir, təzə həddi-büluğa çatan şəxsin
arxasında dayanır və koştini onun belinə bağlayır. Bu müddətin hamısında həddi-
büluğa çatan şəxs mubədin biləklərini öz əllərində saxlayır və dua oxuyarkən onunla
birlikdə zümzümə edir, mərasim sona çatdıqdan sonra həddi-büluğa çatan şəxs öz
yerində durur və mubəd də əvvəlki yerinə gedərək onun qarşısında ayaq üstə dayanıb
Avestanı onun sağ-salamat olması niyyəti ilə qiraət edir. Qiraət halında da kəklikotu,
düyü və şirnilərin bir hissəsini onun başına tökürlər.
Dostları ilə paylaş: