SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə139/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   135   136   137   138   139   140   141   142   ...   200
Dinlərlə tanışlıq

2. Məsxiyyə: 
Məsxiyyə firqəsi varlığın əslini Ahura Məzda hesab edir, amma inanırdılar ki, 
Əhrimənin də əsli (qədimki tə'rifi ilə yanaşı) allahdandır. Bu firqə ona görə


183 
Məsxiyyə adlanmışdır ki, ona əqidə bəsləmək, Ahura Məzdanın Əhrimən üçün 
mənşə olması, zülmətin və pisliklərin əsil ünvanı ilə tanınan Əhrimənin mütləq xeyir 
və yaxşılıqdan ibarət olan Ahura da məsx olmasını tələb edirdi. 
3. Zərvaniyyə: 
Zərvan sonsuz zaman və məkan mə'nasındadır. Zərvaniyyə firqəsi inanır ki, 
Zərvan əsildir; Ahura Məzda və Əhrimənin xaliqidir. Zərvandan bir xeyir allahı və 
bir də şər div yaranmışdır ki, birincisi Orməzd, yaxud Ahura Məzda, ikincisi isə 
Əhrimən adlanmışdır. Zərvaniyyənin nəzəriyyəsinə uyğun olaraq, Ahura Məzda 
zərdüştlərin yeganə allahı olmaqla, Zərvan adlı başqa bir allahın da məxluqudur. 
2. YENİ DİNLƏR 
Zərdüşt dininin qarşılaşdığı digər bir cərəyan da iki yeni e'tiqadi cərəyanın 
formalaşması idi ki, Məzdai dininə artırılan inhiraf və təhriflər əsasında yaranmışdır. 
Bu iki ayin aşağıdakılardır: 
Manvi və Məzdəki ayini. 
Bundan əlavə, zərdüştilik digər bir real gerçəkliklə də qarşılaşdı və bu da məsihilik 
və islam kimi yeni səmavi dinlərin zühur etməsi idi. 
1. Manvi ayini: 
Mani üçüncü miladi əsrinin əvvəllərində özünü axırıncı peyğəmbər, öz dinini isə 
dinlər arasında ən kamil bir din kimi təqdim etdi. O, zərdüştiliyin əqidəvi əsaslarını, 
xüsusilə zərvaniyyə firqəsinin təlimlərini məsihiliyin, budaizmin, hinduizmin əqidə 
üsullarına və eləcə də işraqi fəlsəfəsinə qatmaqla, bundan əlavə, onlara bə'zi şəxsi 
nəzərlərini artırmaqla Manvi ayininin əsasını qoydu. Onun dini kitabı Orjanək 
adlanırdı. Mani mahir bir rəssam olduğuna görə öz müqəddəs kitabını çoxlu rəsm 
əsərləri ilə bəzədi; bu kitab həqiqətdə rəsm əsərləri ilə illüstrasiya olunmuş yeganə 
müqəddəs kitab sayılırdı. 
Öz ayinində zərvaniyyənin ikilik əqidəsinə yer verən Manvi firqəsi sür'ətlə yayılıb 
genişləndi və zərdüştliyin əhatə etdiyi sahələrin çoxuna hakim kəsildi. Amma İslam 
dini zahir olduqdan sonra müsəlmanlar manviləri təkallahlı və kitab əhli hesab 
etmədiyinə görə, onlar azlıq təşkil edən dini bir qurum kimi islam cəmiyyətində öz 
həyatlarını davam etdirə bilməyib, tədricən aradan getdilər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin