SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə140/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   136   137   138   139   140   141   142   143   ...   200
Dinlərlə tanışlıq

2. Məzdəki ayini: 
Məzdəkilik Manvi ayinindən parçalanaraq yaranmış bir firqədir ki, Məzdəkin 
vasitəsi ilə Miladın beşinci əsrinin axırlarında formalaşmışdır. Məzdək, Manvi 
rəhbərlərinin üstünlüyü ilə müxalif idi. Ona görə də öz yaratdığı firqəni Manvi və 
Zərdüştiliklə müxalifətçilik vasitəsi yaratmaq məqsədi ilə icad etmişdi. Məzdək 
əqidəsinin ən mühümlərindən biri mal, sərvət, ləzzət və maddi ne'mətlərdən, o 
cümlədən qadın, həyat yoldaşı, ev və s. kimi şeylərdən istifadədə hamının bərabər 
olmasıdır. O, inanırdı ki, mal-dövlət sərvətlilərdən alınaraq yoxsullara verilməlidir 
ki, hamı ondan bərabər şəkildə bəhrələnsin. 


184 
Sasani şahı Ənuşiravanın atası Qubad özünün şəxsi və siyasi hədəfinə görə (bəlkə 
də zərdüşt ruhanilərini və əşraf təbəqəsini əzmək üçün) Məzdəkiliyə üz tutub ona 
çox geniş imkanlar verdi. Beləliklə, Məzdək öz ayinini o dövrdə zərdüşt 
cəmiyyətində genişləndirə bildi. Amma Qubaddan sonra Ənuşiravan məzdəkiləri 
kütləvi şəkildə qırmağa başladı və bundan sonra Məzdəkilik gizli bir firqə şəklinə 
düşdü; bu firqə İslamın zühurundan sonra üç əsr öz həyatını davam etdirə bildi. 
3. Məsihilik: 
Zərdüşt cəmiyyətini təhdid edən və onu bir din kimi əsaslı şəkildə təhlükə ilə 
qarşılaşdıran üçüncü din məsihilik idi. Məsihilik İran zərdüşt cəmiyyətinə əsasən iki 
yolla daxil oldu: Biri məsihi təbliğatçılarının vasitəsi ilə; digəri isə İran dövləti 
tərəfindən müharibələrdə əsir düşərək ölkənin müxtəlif məntəqələrinə yayılan 
şəxslərin əli ilə. Məsihilik Xosrov Pərvizin dövründə çox yüksək nüfuza malik idi 
və bu dövrdə İran şahlarının yaxın adamlarından çoxu məsihi oldular; şahın özü də 
bu dinə meyl etdi və bununla da məsihiliyin genişlənməsi üçün münasib şərait 
yarandı. 
4. İslam dini: 
İslam dini İrana daxil olan ərəfələrdə zərdüştilik zərvaniyyə, manvi, məzdəki və s. 
cərəyanların xurafi əqidələrinə düçar olmuşdu və onun əqidə üsulları insani 
dəyərlərdən çox uzaq düşmüşdü. Digər tərəfdən də bu din fəsad, eyş-işrətçilik və 
sinfi ziddiyyətlər bataqlığında qərq olmuş, hökumət aparatı ilə mubədlərin əlində 
oyuncağa çevrilmişdi. Buna görə də xalq kütlələri əvvəldən az-çox tanış olduqları 
yeni bir din qarşısında müqavimət göstərmədilər və onu asanlıqla qəbul etdilər. 
Çünki, onun təkallahlıq və tövhid əsasında olmasını, fitrətlə uyğun və Ahura Məzda 
ruhuna malik bir din olduğunu görürdülər; bəlkə də zərdüştlərin belə bir mövqedə 
olmasında Suşyantın gəlişinə verdiyi və'də də tə'sirsiz olmamışdır. Bundan əlavə, 
İslam ordusu rəhbərlərinin çox sadə şəkildə yaşaması, onların adi əsgərlərlə eyni 
səviyyədə və birlikdə olması iranlıların ruhiyyəsində çox dərin tə'sirlər buraxdı; 
onlar yeni dini qəbul etmək üçün daha çox maraq göstərdilər. Buna görə də İranın 
müsəlmanlar tərəfindən fəth olunması hadisəsində, qısamüddətli müharibələrdə 
Nəhavənd şəhərinin yaxınlığındakı Qadisiyyə məntəqəsində baş verən vuruşmalar 
istisna olmaqla, İran imperatorluğunun qalan şəhərlərində camaat islam dininə 
yüksək rəğbətlə qoşulurdular. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin