ƏLLİ BİRİNCİ DƏRS MƏSİHİLİYİN ƏXLAQI Məsihilik tə'limlərində əxlaqi me'yarlar və onlara riayət edilməsi çox diqqət
mərkəzində durur və bu kimi işlərə həddən artıq tövsiyə edilir. Hətta onların
müqəddəs kitabı olan İncil əxlaq kitabı, əxlaqi moizələr məcmuəsi adı qazanmışdır.
Əxlaqi rəftarlar və sifətlər arasında bir-birinə məhəbbət göstərmək ifrat dərəcədə
tə'kid olunmuşdur; belə ki, məsihilik mehr-məhəbbət dini kimi tanınmışdır.
Həzrət Məsih (ə) ilahi bir peyğəmbər ünvanı ilə sair peyğəmbərlər kimi insanlar
üçün xeyir-bərəkət mənbəyi olmuşdur. Qur'an-Kərim də o həzrəti bərəkət mənşəyi
kimi yad edir və onu inadkarlıq və bədbəxtçilikdən uzaq hesab edərək buyurur:
«(Allahdan bir mö'cüzə olaraq körpə dilə gəlib) dedi: «Mən, həqiqətən, Allahın bəndəsiyəm. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harda oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, (heç kəsə qarşı) zülmkar və asi eləmədi!» Buradan aydın olur ki, həzrət İsa (ə) rəhmət peyğəmbəri adı ilə, sair ilahi
peyğəmbərlərin təlimlərində olduğu kimi, əxlaqi səciyyələrə və fəzilətlərə riayət
olunmasına, çirkinliyə, rəzil, nəfsani xislətlərə və bədbəxtçiliklərdən uzaq olmağa
də'vət edir. Sədaqət, düzlük, niyyətin və əməlin saflığı, zahiri cilvələrdən və
riyakarlıqdan uzaq olmaq, əfv və güzəşt etmək, ictimai əlaqələrdə başqaları ilə
mehriban və nəvazişli davranmaq bu dinin tə'limlərində geniş şəkildə
işıqlandırılmışdır.
Həqiqətən də dindar məsihilərin çoxu başqaları ilə rəftar edərkən mehr-məhəbbət
göstərir, qayğıkeş və sədaqətli olurlar. Qur'ani-Kərim də onları bu sifətlərlə təqdim
edir. Qur'an yəhudiləri və müşrikləri mö'minlərin ən rəzil düşmənləri adlandırdığı
halda, məsihiləri mö'minlərə qarşı ən məhəbbətli şəxslər kimi tanıtdırır: