SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə181/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   177   178   179   180   181   182   183   184   ...   200
Dinlərlə tanışlıq

RİYAKARLIQDAN UZAQ OLMAQ 
İncilin tə'limlərində riyakarlıq və zahiri cilvələrə qarşı geniş mübarizə aparılmışdır. 
İsa (ə) başqalarını həmişə mehribanlığa, yumşaq davranmağa də'vət etdiyi halda, 
Ferisim mollalarını riyakarlıqlarına görə şiddətlə məzəmmət etmişdir: «Vay olsun 
sizə ey riyakar mollalar və ferisilər! Siz asimani padşahlığın qapılarını camaatın 
üzünü bağlayırsınız, özünüz daxil olmursunuz, başqalarının da oraya daxil olmasının 
qarşısını alırsınız. Vay olsun sizə, ey riyakar mollalar və ferisilər! Siz dul qadınların 
mallarını yeyirsiniz, yalnız riyakarlıq məqsədi ilə öz namazlarınızı uzadırsınız. Buna 
görə də siz ən şiddətli cəzalara düçar olacaqsınız... Vay olsun sizə, ey riyakar 
mollalar və ferisilər! Siz nanə, şüyüd və zirədən onda bir (vergi) verirsiniz. Amma 
ədalət, rəhmət və sədaqət olan ən mühüm şəriət hökmlərini görməməzliyə 
vurursunuz. Siz bunları görməlisiniz və eyni zamanda sair hökmlərdən qafil 
olmamalısınız... Vay olsun sizə, ey riyakar mollalar və ferisilər! Siz piyalənin və 
boşqabın kənarlarını təmizləyirsiniz, halbuki onun içi zülm və cinayətlərlə doludur. 
SUALLAR 
1. Qur'ani-Kərim həzrət İsa (ə) üçün hansı sifətləri zikr edir? 
2. Qur'ani-Kərim məsihiləri necə təqdim edir? 
3. Asimani mələkut nədir? 
4. Asimani mələkuta rəğbətli olanlar hansı sifətlərə malik olmalıdırlar? 
5. Məsihilərin müqəddəs kitabı camaata məhəbbət barəsində hansı tövsiyələri 
edir? 
6. Qur'anın məhəbbət barəsindəki nəzəri necədir? 
7. Həzrət İsa (ə) riyakarlarla necə rəftar edib davranırdı?


ƏLLİ İKİNCİ DƏRS 
MƏSİHİLİYİN DİNİ QAYDA-QANUNLARI VƏ MƏRASİMLƏRİ 
Digər dinlərdə olduğu kimi, məsihiliyin də xüsusi ibadi və dini mərasimləri vardır. 
Adətən müqəddəs məkanlarda və məsihilərin mə'bədlərində yə'ni, kilsədə təşkil 
olunan ibadi və dini mərasimlərin ən geniş yayılanı birlikdə oxunan dua və yalvarış 
surətində olan Allaha həmd-səna mərasimidir; bu da Allahın əzəməti və Onun 
ne'mətlərinin bərəkəti qarşısında şükr etmək məqsədi ilə yerinə yetirilir. Məsihilər 
dua mərasimlərində Allaha, hər şey əta etdiyinə, xüsusilə həzrət Məsihi onlara 
verdiyinə görə şükr edirlər. Onların dini qayda-qanunlarından digər biri isə günahları 
etiraf etmək, qəlbən peşimançılıq hissi keçirərək tövbə etmək və Allahdan 
günahların bağışlanmasını istəməkdir. Digərləri üçün də dua edib, dini çıxışlar, 
nəsihətlər və moizələr etmək, təqvaya, zahidliyə, xeyirxahlığa də'vət və çağırışlar da 
məsihi ibadətlərinin digər bir hissəsini təşkil edir. Müqəddəs kitabın müəyyən 
hissələrini, xüsusilə Əhdi-ətiqin məzamirini xorla oxumaq kilsələrin dini 
adətlərindən hesab olunur. Məsihi dinində bazar günləri kilsədə təşkil olunan ibadət 
mərasimlərindən başqa, dini şüar və qaydalar kimi onların yeddi məşhur ayinləri də 
mövcuddur ki, bütün məsihi firqələri bu mərasimləri yerinə yetirirlər. Amma onların 
iki məsələdə bir-birləri ilə ixtilafları vardır. Birincisi, bu yeddi ayinin hamısının 
həzrət Məsihə mənsub edilməsi və o həzrətin bu barədə şəxsən tövsiyə edib-
etməməsidir. İkincisi isə bu ayinlərin müqəddəs olub-olmaması ilə əlaqədardır. 
Katolik və ortodoks firqələri yeddi ayinin hər birini bu dininin vacib əməllərindən 
hesab edir və onun İsa tərəfindən tərəfindən olduğuna inanırlar. Protestant firqəsi 
yalnız tə'mid və rəbbani gecə ayinin müqəddəs olduğuna inanır və yalnız bu ikisini 
İsa tə'limləri sırasında tanıyırlar. Bu firqə qalan beş ayini yalnız məsihilərin dini 
mərasimi ünvanı ilə qəbul edir və bunun bə'zi cüz'i məsələlərində də sair firqələrlə 
ixtilaflıdırlar. Məsihiliyin yeddi ayini aşağıdakılardan ibarətdir: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin