TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə31/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   27   28   29   30   31   32   33   34   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
28 
2.4.1. Məktəbin daxili nizam
-
intizam qaydalarının mahiyyətini sadə formada izah edir;
2.4.2. Məktəbdəki və evdəki vəzifələrin icrasını şəxsi inkişafı ilə əlaqələndirir;
2.4.3. Özünün və yoldaşlarının hüquqlarının pozulması hallarına münasibət bildirir. 
Bu standartlardan mövzuya uyğun olanı 2.4.3.
-
dür. Standart yazılır və ondan məqsəd 
çıxarılır. Ondan
məqsəd belə çıxarılır:
Dərsin
məqsədi: “Hüquqlarımız qorunur” mövzusunda özünün və yoldaşlarının 
hüquqlarının pozulması hallarına münasibət bildirir.
Dərsin məqsədinin düzgün müəyyən edilməsi məqsədə çatmağın əsas yollarından biri 
hesab olunur.
Təlimə müasir yanaşma ilə təlimin keyfiyyətini yüksəltmək və cəmiyyətin tələblərinə 
uyğun şəxsiyyət yetişdirmək mümkündür. Buna görə də hər bir müəllim fəal təlim 
metodlarını dərindən öyrənir və işində ondan səmərəli istifadə edir. Müəllimlər fəal təlim 
prosesində, ilk növbədə, öz vəzifələrini müəyyən edir və onu həyata keçirir.
 
 
1.1.2. Dərsin məqsədinə çatmağın yolları
 
Dərsdə məqsədə çatmaqda dərslik komplektləri və resurslardan istifadə edilməsi
də 
mühüm əhəmiyyətə malikdir. Müasir təhsildə dərslik anlayışı "dərslik komplekti" kimi 
adlandırılır. Dərslik komplektinin 3 əsas tərkib hissəsi vardır:

əllim üçün metodik və
sait
:
Müəllim üçün metodik vəsait tövsiyələr əsasında, 
müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir.
Dərslik hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün 
onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarları 
qiymətləndirilib tədrisində icazə (qrif) verilən əsas vəsaitdir. Dərslik təhsil prosesində 
müəllim şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini 
təmin edir.
Əlavə təlim resursları və onların dərsdə səmərəli tətbiqi də məqsədə çatmağın əsa

yollarındandır.
Fəal dərslərdə kiçik qruplarla işin təşkilinə daha çox yer verilir. Qrup işinin uğurla 
həyata keçirilməsi üçün müəllim bir sıra qaydalara riayət edir. Qrupla işin təşkil 
olunmasında iş vərəqlərinin müasir tələblər səviyyəsində hazırlanması əsas amillərdəndir. 
Dərsin məqsədinə çatmaqda əsas yollardan biri səviyyəli, maraqlı iş vərəqlərinin 
hazırlanmasıdır. İş vərəqi kiçik qruplarla fəal təlim zamanı şagirdlərin tədqiqat işini təşkil 
edən mühüm vasitələrdən biridir. İş vərəqlərindən istifadə etdikdə dərsdə müsbət nəticələr 
alınır. İş vərəqlərinin rən
ga
rəng hazırlanması şagirdlərin fəallaşmasına gətirib çıxarır, 
onların estetik zövqünü inkişaf etdirir, bununla da təlimin əlavə motivasiyası yaranır. 
Tədqiqat prosesində kiçik qrupların
fəaliyyətinin səmərəli təşkilini təmin edir. Müəllimin 
giriş sözü və təlimat üçün ayırmalı olacağı vaxta qənaət edilir, şagirdlər işlərin nəticələrini 
müxtəlif formalarla təqdim etməyi öyrənirlər.
İş vərəqlərinin hazırlanmasına verilən tələblər aşağıdakı kimi ümumiləşdirilir:
1.
Kiçik qruplar qarşısında qoyulan problem və onun həllinin nəticələri tapşırıqlarda 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin