TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə27/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   23   24   25   26   27   28   29   30   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
25 
planlaşdırılması tipindən, məqsədindən, məzmunundan və metodlarından asılıdır.
Dərsin 
quruluşu dedikdə onu tamamlayan hissələr və bu hissələrin qarşılıqlı əlaqəsi başa düşülür.
Dərsdə keçiləcək mövzunun məqsədi, vəzifəsi, metodları, resursları müəyyənləşdirilir, 
mərhələlər üzrə mövzu şagirdlərə öyrədilir. 
Dərsin məqsədinə çatmaq üçün müəllim onu mərhələlərə uyğun həyata keçirir. Fəal 
dərsin mərhələləri aşağıdakı ardıcıllıqla təşkil olunur:
 
1
-
ci mərhələ. Motivasiya 
-
problemin qoyuluşu.
Motivasiyanı həyata keçirən 
müəllim onu hazırlamaq və təqdim etmək üçün müəyyən bacarıqlara malik olmalıdır.
Motivasiya 3 əsas amillə yaradılır:
Rəmzi (simvolik) materialın şərhi ilə: yəni rəsm, foto
-
şəkil, simvol, təranə (melodiya), 
ədəbi əsərlərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ilə həyata keçirilir. 
Müəllim materialı təqdim edərkən, şagirdlərə suallara cavab verməyi təklif edir: «Bu nəyi 
bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?». Şagirdləri sual 
verməyə həvəsləndirən, təfəkkür prosesini aktuallaşdıran suallara daha çox yer verilir.
Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən sualların verilməsi 
də məqsədəuyğundur: Müşahidə etdiyimiz obyekt haqqında nəyi bilirik? Onlar haqqında 
daha nələri bilmək istərdik?». Sual vermə zamanı müəllim fasilitasiyanın köməyi ilə 
şagirdlərin təfəkkürünü lazımi məcaraya yönəldir.
Motivasiyada açıq suallardan, yəni iki və daha çox cavab variantı olan suallardan 
istifadə olunması məsləhətdir.
Öyrənilən mövzulara aid suallar açar sözlərin köməyi ilə verilir. «Açar» sözlər: 
xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə, qarşılıqlı əlaqə, 
qüsur və üstünlük, struktur, qayda və s. köməyi ilə müəyyən edilir.
Problem müxtəlif yollarla: təsnif etmək, hadisənin səbəb variantlarını tapmaq və s. ilə 
həll edilir.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin