– dedikdə, məktəblilərin qruplaşdırılması, müəllimlə
şagirdlər arasındakı münasibətlərin xarakteri və məşğələnin keçirilmə mexanizmi
(rejimi, vaxtı və şəkli). T əfəkkür – yeni,
mühüm ə
lam
ət, xassə
v
ə
qanunauyğunluqların axtarılmasına və
kəşf
edilməsinə
yönəldilmiş, sosial cə
h
ə
td
ən şə
rtl
ənmiş, nitq ilə
ayrılmaz surə
td
ə
bağlı olan psixi
prosesdir, gerçəkliyin tə
hlil v
ə
t
ərkibi gedişində
onun vasitə
li v
ə
ümumiləşmiş inikası
prosesidir.
Tənqidi təfəkkür – ideyaları bir
-
biri ilə əlaqələndirmək şərti ilə onlara müxtəlif nöqteyi
-
nəzərdən münasibət prosesi; tənqidi oxu və yazı bacarığını artırmaq üçün zəmin yaradır.
Tərbiyə (geniş mənada) – ailədə və tədris
-
tərbiyə müəssisələrində müvafiq keyfiyyətləri
formalaşdırmaq, bilik, bacarıq və vərdişlər aşılamaq məqsədilə həyata keçirilən xüsusi
təşkil olunan proses, sistemli, ardıcıl, fasiləsiz və mütəşəkkil şəkildə göstərilən
(idarə olunan) təsir.
Tərbiyənin prinsipləri – tərbiyənin məzmunu, metod və təşkilati formalarını müəyyən
edən əsas tələblər; tərbiyənin prinsipləri tərbiyəçinin (müəllimin) öz fəaliyyətində rəhbər
tutduğu əsas müddəa və tələblər.
Ümumi qiymətləndirmə – şagirdin (tələbənin) yerinə yetirdiyi tapşırığın hər bir
aspektinin ayrı
-
ayrılıqda təhlil edilərək qiymətləndirilməsi ilə deyil, onun göstərdiyi yekun
nəticələrin ümumi qiymətləndirilməsi yolu ilə həmin şagirdin (tələbənin) yiyələndiyi
biliklər haqqında müəllim tərəfindən fikir yürüdülməsi.