TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə36/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   32   33   34   35   36   37   38   39   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
35 
Məsələn, şeiri, hekayəni, nağılı, misal və məsələni, davranış qaydalarını öyrətmək tələb 
olunursa, burada fərdi iş formasından istifadə etmək daha səmərəlidir. Fərdi iş formasında 
müəllim şagirdlərə diferensial yanaşmaq imkanı əldə edir. O, şagirdləri onların fərdi 
xüsusiyyətlərinə uyğun tapşırıqların həllinə cəlb edir. Dərsdə diferensial yanaşma təlimin 
keyfiyyətinə və şagirdlərin mənimsəmə səviyyəsinə əsaslı təsir göstərir.
Mövzunun həcminə, şagirdlərin birgə fəaliyyətinə əsaslanan cütlərlə iş formasından 
istifadə edilməsi də çox səmərəlidir. Belə iş forması tədqiqatın ikilikdə aparılması ilə 
şagirdlərin əməkdaşlığına, dostluğuna, bu işdə bir
-
birinə dəstək olmasına kömək edir.
Fənlərin məzmununda elə mövzular vardır ki, onların geniş müzakirəsi, müxtəlif 
fikirlərin, fərziyyələrin söylənilməsi, ümumiləşdirmə aparılması və nəticə çıxarılması tələb 
olunur. Belə mövzuların tədrisində kollektiv iş formasının tətbiqi çox uğurlu alınır. Müasir 
təlimdə
qrupla iş formasına daha çox yer verilir. Qrupla iş forması şagirdlərin birgə 
fəaliyyətini, əməkdaşlığını, yoldaşlarına yardım etmək və ya yoldaşdan çəkinmədən kömək 
istəmək kimi bacarıqlarının aşılanmasını təmin edir. Qruplara şagirdlər təzyiqsiz, təsirsiz, 
obyektiv formada bölünməlidir. Kiçik qruplarda 3
-
4, böyük qrupda 5
-
6 şagirdin olması daha 
sərfəlidir. Qruplara bölmə zamanı tam obyektiv bölünmə üsullarından istifadə olunmalıdır. 
Bunlara saylar, hərflər, rənglər, şəkillər, kartlar, püşk atmalar, fiqurlar və başqa üsullar 
aiddir. Qruplara bölündükdən sonra bir dəqiqə ərzində hər qrupun üzvləri öz qruplarını 
adlandırır. Sonra müəllim şagirdləri araşdırılacaq problemlərlə tanış edir, onun həllinə 
müəyyən vaxt ayırır. Qrup üzvləri qarşıya qoyulmuş probelmi
həll edərək nəticələrin sinif 
qarşısında təqdimatını aparır. Bütün sinif şagirdləri qrupların əldə etdiyi nəticələri 
müzakirə edir, ümumiləşdirir və nəticə çıxarırlar.
Qrup işi ilə təlimin təşkilinin müsbət tərəfləri çoxdur. Qrup işində:

Bütün iştirakçıların işə cəlb olunması, şagirdlərin fəallıq və təşəbbüskarlığının 
artırılması imkanı yaranır;

Təlimdə diferensiasiya prinsipini həyata keçirmək mümkün olur;

Şagirdlərdə ünsiyyət qabiliyyətlər və sosial keyfiyyətlər: kollektivdə işləmək 
bacarığı, bir
-
birinin fikrinə və mövqeyinə hörmət, bir
-
birini fəal dinləmə, dialoji 
nitqə yiyələnmə bacarıqları formalaşdırılır;

Şagirdlər bir
-
biri və müəllimlə bilavasitə təmasda olduğundan, birgə fəaliyyət 
göstərdiyindən onlarda əməkdaşlıq vərdişləri inkişaf edir;

Qruplar 
arasında yaxşı mənada rəqabət motivasiyası yaranır;

Qarşılıqlı nəzarət, yardım və məlumat mübadiləsi prosesləri ilə fikir mübadiləsi 
aparılması imkanı artır;

Qrup işinin müvəffəqiyyətinin hər kəsdən asılılığı şagirdlərin məsuliyyət hissini 
artırır;

Şagirdlərdə öyrənmə fəaliyyətinə həvəs və maraq yüksəlir, idrak motivasiyası 
ünsiyyət motivasiyası ilə birləşir və onlarda öyrənmə motivasiyasını gücləndirir;

Mövzu müxtəlif qavrama üsulları ilə tədris edilir, şagird üçün idrak fəaliyyətinin 
inkişafına stimul yaradır;



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin