TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə37/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   33   34   35   36   37   38   39   40   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
36 

Şagirdlər üçün biliyi müstəqil əldə etmək və fəaliyyətin sərbəstliyi reallaşır;

Hər şagirdə, hətta zəif oxuyan, utancaq təbiətli uşaqlara öz fikrini sərbəst bildirmək 
imkanı verilir; 

Şagirdlərin şəxsi keyfiyyətləri aşkar olunur;

Şagirdlər bilik və bacarıqlarına görə bir
-
birini dəyərləndirir, qarşılıqlı öyrənmə, 
anlama imkanına malik olurlar;

Qoyulan problemin hərtərəfli açılması, müxtəlif mövqelərdən çıxış etmək 
bacarığının formalaşması şəraiti yaradılır;

Qısa müddətdə geniş həcmdə məlumat əldə edilir, vaxtdan səmərəli istifadə olunur;

Yeni şəraitə və başqa insanlara uyğunlaşma bacarıqlarının formalaşması ilə şagird 
öz mövqeyini dərk edir;

Əks əlaqə və qiymətləndirmə prosesləri daha geniş və dəqiq meyarlar vasitəsi ilə 
həyata keçirilir, özünün və başqalarının işinin obyektiv qiymətləndirilməsi bacarığı 
formalaşır.
Fəal dərslərdə kiçik qruplarla işin təşkilinə daha çox yer verilir. Qrup işinin uğurla 
həyata keçirilməsi üçün müəllim bir sıra qaydalara riayət edir. Qaydalar iki aspekt: təşkilati 
və davranış üzrə ümumiləşdirilir. Təşkilati aspektlərə daxildir:
İşin təşkilini dəqiq ölçüb
-
biçmək: məqsədləri, planı və fəaliyyət müddətini müəyyən 
etmək;

Qrup işi üçün zəruri materialları (qrup işi üçün tapşırıqları iş vərəqlərini və s.) 
hazırlamaq;

Qrupla
ra bölmə üsulunu dərsin məqsədlərinə uyğun olaraq öncədən hazırlamaq;

İştirakçıları qruplara bölmək, yerləşdirmək və vəzifələrini aydınlaşdırmaq;

Qrup işinin qaydalarını yada salmaq;

İşin yerinə yetirilməsi qaydalarını dəqiq izah etmək;

İşin yerinə yetirilməsi vaxtını müəyyən etmək;

Qruplar üzrə tədqiqatın təqdimatı üçün şərait yaratmaq;

Qiymətləndirmə meyarlarını iştirakçıların diqqətinə çatdırmaq;

Davranış aspektlərinə də əməl olunması əsas şərtlərdəndir;

Qrupların işini müəyyən etmək və ona nəzarət etmək;

Zərurət yarandıqda şagirdlərin işinə müdaxilə etmək, qrup işi prosesində yaranan 
çətinlikləri vaxtında aradan qaldırmaq, şagirdlərin diqqətini problemin həllinə 
yönəltmək;

Şagirdlərə yönəldici suallar vermək, onları axtarışa istiqamətləndirmək;

Qrup i
şinin gedişinin müsbət və mənfi cəhətlərini qeyd etmək, qiymətləndirmə 
zamanı onları nəzərə almaq.
Qrupla iş formasının təşkilində əsas vasitə iş vərəqləridir. İş vərəqlərinin hazırlanma 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin