Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
37
səviyyəsi şagirdlərin tədqiqata həvəslə qoşulmasına, fəallığına müsbət təsir göstərir. Bunun
üçün iş vərəqlərində tapşırıqlar, sual, məsələ və misallar dəqiq verilməli, lazımi şəkil, sxem
və cədvəllər öz əksini tapmalıdır. İş vərəqləri səliqəli, cəlbedici, elmi
-
tədqiqat xarakterli
şəkilli, şagirdlər üçün aydın olmalıdır. İş
vərəqlərində problem, tədqiqat, sual və cavablar
aydın, səhvsiz, şagirdlərin başa düşəcəyi dildə ardıcıl əks olunmalıdır. Bununla da təlimdə
motivasiya yaranır, tədqiqat prosesində kiçik qrupların fəaliyyətinin səmərəli təşkili təmin
edilir. Müəllimin giriş sözü və mövzunun izahına ayırdığı vaxta qənaət edilir, şagirdlər
işlərin nəticələrini müxtəlif formalarla təqdim etməyi öyrənirlər.
İş vərəqlərinin təxminən aşağıdakı kimi tərtib olunması məsləhətdir (Cədvəl 1.3):
İş vərəqi 1.
Problem 1. Verilmiş şəkillər üzrə obyekt və ya hadisələri müqayisə edin.
Problem 2. Verilmiş göstəricilər üzrə misal və ya məsələ hazırlayın.
İş vərəqi 2.
Problem 1. Verilmiş avadanlıqlardan istifadə edərək təcrübəni aparın, nəticələrinizi
təqdim edin.
Problem 2. Verilmiş anlayışlar əsasında esse, hekayə, krossvord, səhnəcik hazırlayın,
təqdim edin.
Cədvəl 1.3. İş vərəqlərinin tərtibatı nümunələri
İş vərəqlərini hazırlayarkən mövzunun mətni, reallaşdırılacaq alt standart, məqsəd,
tədqiqat sualının nəzərə alınması vacib məsələdir. Yaradıcı tətbiqetmə mərhələsində
şagirdlərin yaradıcı təfəkkürünün inkişafı istiqaməti nəzərə alınır. Şagirdlərə tapşırılan iş
onların bilik və bacarıqlarını inkişaf etdirir, müstəqil fəaliyyətini təşkil edir. Onlar tapşırığın
yerinə yetirilməsində yaradıcı fantaziyalarını, qabiliyyətlərini nümayiş etdirirlər.
Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
38
Dostları ilə paylaş: |