Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
49
İnteraktiv təlimin əsas üstünlüyü
-
real idrak motivasiyasının (biliklərə yiyələnmək
həvəsinin) yaranmasıdır. Bu da idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə
gerçək ziddiyyətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emosiyalar
əqli ehtiyatların səfərbərliyini təmin edir, idrak fəaliyyətini şövqləndirir, diqqəti uzun
müddət əsas məsələ üzərində cəmləməyə imkan yaradır. Bilgilər hazır şəkildə deyil, onların
müstəqil surətdə kəşfi prosesində mənimsənilir.
Əgər şagird öz istək və fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə
yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzun müddət və möhkəm mənimsəyir.
İnteraktiv təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan
qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılmasına və
təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.
Təlimin səmərəliliyi xeyli artır, qısa
müddətdə daha çox informasiyanı mənimsəmək imkanı yaranır.
İnteraktiv təlimin xüsusiyyətlərini ümumiləşdirərək demək olur ki, interaktiv
metodlar təlimin keyfiyyətini xeyli dərəcədə yüksəldir, şagirdlərdə yeni idraki və əxlaqi
keyfiyyətlər formalaşdırır. Bu bacarıq və keyfiyyətlərə müsahibini, hər hansı danışanı
(danışığını), maqnitofon, radio, televiziya verilişlərini dinləməyi, söylənilən fikirlərə hörmət
etməyi, yeri gəldikdə
münasibət bildirməyi, müstəqil, tənqidi və yaradıcı düşünməyi,
sərbəst fikir söyləməyi, irəli sürdüyü fikri müdafiə etməyi, sübuta yetirməyi, məntiqi
təfəkkürünü inkişaf etdirməyi, təcrübəsini və ümumi hazırlığını təhlil etməyi, özünü
obyektiv qiymətləndirməyi, kollektivdə öz yerini görməyi, əqli və fiziki əmək prosesində
kollektivin üzvləri ilə əməkdaşlıq etməyi, birgə işləməyi, ümumi əməyin payına düşən
hissəni ləyaqətlə yerinə yetirməyi, kollektivin fikrinin formalaşmasında fəallıq, işgüzarlıq
göstərməyi, qrupun üzvləri, sinif kollektivi ilə birgə qərar verməyi, qarşıdurma yarandıqda
müdafiə olunmağı, münaqişəni səbrlə, sülh yolu ilə həll etməyi, tolerant olmağı, riskə
getməyi, emosional situasiyada özünü ələ almağı, özünü idarə etməyi, şəxsi sağlamlığın
a
görə məsuliyyət daşımağı, insana, onun hüquqlarına hörmətlə, ədalətlə yanaşmağı nümayiş
etdirmək aiddir.
İnteraktiv metodlarla keçirilən dərslərdə şagirdlərdə hər şeyi bilmək həvəsi,
təşəbbüskarlıq yüksəlir, onların öyrənmə fəallığı, təlimin keyfiyyəti və səmərəliliyi artır.
Nəticədə mexaniki yaddaş deyil, yaradıcı təfəkkür inkişaf edir.
İnteraktiv təlim bilik, bacarıq,
təcrübə və vərdişlərə yiyələnməyə, cəmiyyətin vətəndaşları üçün zəruri sosial və
intellektual təfəkkürün, müstəqil çalışma, müstəqil düşünmə bacarıqlarının inkişafına
kömək edən demokratik üsullarla aparılan təlim prosesidir.
İnteraktiv təlim üsullarının tətbiqi zamanı istiqamətverici ideyalar kimi qəbul edilərək
praktikada tətbiq edilməli prinsiplər aşağıdakılardır:
1.
Şagirdə yönəlmiş təlim prinsipi: şagird təlim prosesinin mərkəzi obyekti kimi çıxış
edir; təlim uşağın imkan və qabiliyyətlərinə, onun biliyinə, maraq və tələbatlarına
yönəldilir;
2.
Fəal təlim prinsipi: tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını, təbii
öyrənmə fəaliyyəti doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin,
onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın;
|