TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə49/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   45   46   47   48   49   50   51   52   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
50 
3.
İnkişafetdirici təlim prinsipi təlim inkişafını qabaqlayaraq, uşağın “qarşıdakı (yaxın) 
inkişaf zonasına” yönəlir. Təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin 
köməyi sayəsində aşkarlanan bilik və bacarıqları əldə etmək imkanları yaradır; 
4.
“Qabaqlayıcı təlim” prinsipi: təlim cəmiyyətin inkişaf təmayüllərini əks etdirir və 
yeni nəsilləri yaxın gələcəkdə təşəkkül tapacaq dünyada fəaliyyətə hazırlayır;
5.
Təlim
-
tərbiyə sisteminin çevikliyi prinsipi ictimai mühitin və şagirdlərin dəyişən 
tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris planlarının 
qurulmasının, təlim
-
tərbiyə prosesinin təşkilinin, pedaqoji texnologiyaların 
seçilməsinin sistematik təzələnməsi baş verir; 
6.
Əməkdaşlıq prinsipi “müəllim
-
şagird
-
valideyn” qarşılıqlı münasibətləri sistemində 
onların hər biri təlim prosesi gedişində tərəf müqabili kimi iştirak edir;
7.
Dialoji təlim prinsipi: məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin 
fikirlərini, imkanlarını və təcrübələrini müəyyən edə bilməsi və faydalanması 
məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilir. 
İnteraktiv təlim metodları yaddaşa yox, təfəkkürə əsaslanır. Yeni təlim texnologiyaları 
ilə müstəqil şəkildə bilik əldə edən şagirdlərin, nəinki təfəkkürü inkişaf edir, formalaşır, 
həm də yaradıcılıq qabiliyyəti yüksəlir. Şagirdlərin göstərilən istiqamətdə formalaşmalarına 
nail olmaq üçün təlim prosesində
bir çox tələblərə əməl etmək lazımdır.
Təlimdə şagird münasibətləri, ünsiyyət və dialoqlar hökm sürür. İnteraktiv təlimdə 
müəllimin başlıca vəzifəsi şagirdlərə yardımçı olmaqdan, təlim prosesində şagirdlərin 
fəaliyyətini əlaqələndirib onlara yaradıcı axtarışa həvəs yaratmaqdan, axtarıb araşdırmağı, 
nəyi harada öyrənməyi öyrətməkdən ibarətdir. İnteraktiv təlim metodları özü də fəal təlim 
prosesinə daxil olan metodlardandır. Burada biliyin qrup və cütlərlə iş formalarından 
müntəzəm şəkildə istifadə etməklə problemin axtarılıb həllinin tapılması ön plana çəkilir. 
Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək 
motivasiya yaradılır. 
Təlim prosesində fasilitasiya qaydalarına əməl olunmalıdır. O qaydaları aşağıdakı kimi
ümumiləşdirmək olar:

Fikri təhriketmə qaydaları;

Fasilitasiya zamanı psixoloji dəstəkləmə qaydaları;

Təşkilati dəstəkləmə qaydaları.
İnteraktiv təlim üsulları o zaman müsbət nəticə verir ki, şagirdlər üçün müasir 
tələblərə cavab verən öyrədici mühit yaradılsın. Öyrədici mühit üç komponentdən ibarətdir: 
1.
Sosial
-
psixoloji; 
2.
İnformasiya mühiti; 
3.
Əşyavi mühit. 
Sosial
-
psixoloji mühit: şagirdin digər insanlarla və öz daxili aləmi ilə qarşılıqlı 
münasibətidir. Əməkdaşlıq, açıqlıq, bir
-
birini başa düşmə və köməklik mühiti təlimin 
effektivliyini artırır, təlim prosesinə emosionallıq verir, şagirdləri sözün əsl mənasında 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin