Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 53
7.
Müəllimləri səfərbərliyə sövq edir, biliklərini artırmağa, zənginləşdirməyə şərait
yaradır;
8.
Şagirdlərin idrak fəaliyyətini fəallaşdırır, onları müstəqil düşünməyə, mövqeyini
söyləməyə təhrik edir.
İnteqrasiya öz əsasını tədris fənlərinin məzmununda tapır. Elmlərarası əlaqəni əks
etdirən biliklər bir
-
birilə əlaqələnir. Bunun mahiyyət və məzmununu humanitar
-
estetik,
ictimai
-
tarixi, əbiyyat
-
riyaziyyat elmləri açır. Adları çəkilən elmlərin tədrisi prosesində
insan
–
cəmiyyə
t–
təbiətin qarşılıqlı əlaqəsi açılır, şagirdlərdə elmi dünyagörüşü formalaşır,
mənəvi keyfiyyətlər təşəkkül tapır. Beləliklə, elmlərarası əlaqə «insan
–
cəmiyyət
–
təbiət»
vəhdətinin qarşılıqlı əlaqədə olduğunu sübuta yetirir. İnteqrasiyadan tədrisdə necə gəl
di
istifadə etmək mənasızdır. Bu işdə müəyyən sistemlilik və ardıcıllıq gözlənilməlidir. Təlim
prosesində biliklərin bir tərəfdən diferensiasiya, digər tərəfdən inteqrasiya olunmuş şəkildə
mənimsənilməsi zamanı məntiqi ardıcıllığa, sistemliliyə diqqət edilməli və vahid elmin
qolları arasındakı əlaqələr diqqət mərkəzində saxlanılmalıdır.
İbtidai sinif fənlərinin tədrisində fənlərarası əlaqənin həyata keçirilməsində effektli
yollar aşağıdakılar hesab olunur:
•
Mövzuların digər fənn materialları ilə zənginləşdirilməsi;
•
Digər fənlərdən keçilrilənlərin şagirdlərə xatırladılması;
•
Müxtəlif fənlərin elementlərini özündə birləşdirən müstəqil çalışma və tapşırıqların
həll edilməsi;
•
Kompleks ekskursiyaların təşkil edilməsi;
•
Mövzu ilə bağlı şeir və mahnıların, folklor nümunələrinin yada salınması;
•
Mövzuya dair obyekt və əşyaların rəsminin çəkilməsi;
•
Obyekt və hadisələrə dair müxtəlif fənlər üzrə materialların, digər fənn mövzularına
dair anlayış və biliklərini özündə cəmləşdirən əyani vəsaitlərin dərsə gətirilməsi;
•
Fənlərin əlaqələndirilməsi ilə təlim xarakterli oyunlardan istifadə edilməsi;
•
Məktəblərdə canlı guşənin yaradılması və orada şagirdlərin müstəqil fəaliyyətinin
təşkil edilməsi;
•
Texniki vəsaitlərdən istifadə etməklə obyekt və hadisələrin xüsusiyyətlərinə dai
r
kinofilm, fraqment, internet materiallarının müzakirə edilməsi, qeyri
-
standart
dərslərin təşkili imkanlarının yaranması və s.
İnteqrasiyanın tətbiqi yollarından və əyani vəsaitlərdən düzgün, yerində istifadə
edərək müəllim hadisə və ya obyektin şagirdlərə hərtərəfli öyrədilməsinə nail olmalıdır.
Şagirdlərə mövzunu hərtərəfli başa salmalı, materialın onların yadında uzun müddət
qalmasına, intellekt səviyyələrinin yüksəlməsinə səy göstərməlidir.