Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 51
məktəbə doğru çevirir.
İnformasiya mühiti. Məlumat mənbələrinin bütün kompleksini öz tərkibində
cəmləşdirir. Məlumat mənbələrindən geniş istifadə edilməsi imkanı yaranır.
Əşyavi mühit. Əşyavi mühitin tərkibinə maddi
-
texniki resursların tam kompleksi
da
xildir. Bunlar aşağıdakılardır:
•
Məktəb əşyavi mühiti: dərsliklər, didaktik vəsaitlər, texniki avadanlıqlar, stendlər və
s.;
•
Təbii mühit: canlı və cansız təbiət;
•
Yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s.
İnteraktiv təlim metodları ilə keçirilən dərslərdə şagirdlərin inkişafını və ya inkişaf
səviyyələrini B.Blumun taksonomiyası ilə müəyyən etmək mümkündür:
1.
Biliklərin mənimsənilməsi bacarığı. Bura öyrəniləcək materialın konkret faktlardan
bütöv nəzəriyyələrə qədər yadda saxlanması və ifadə edə bilməsi daxildir;
2.
Dərketmə bacarığı. Öyrəndiyi materialı şərh etməsi, hadisələrin gələcək inkişafı ilə
bağlı məntiqli fikirlər söyləməsi;
3.
Tətbiqetmə bacarığı. Öyrəndiyi materialın məzmununu konkret vəziyyətdə tətbiq
edə bilməsi;
4.
Təhliletmə bacarığı. Öyrəndiyi
materialı tərkib hissələrinə ayırmaqla strukturunu
müəyyən etməsi;
5.
Sintezetmə bacarığı. Elementləri kombinə etməklə tamı yaratması;
6.
Qiymətləndirmə bacarığı. Öyrəndiyi materialın əhəmiyyətini müəyyən edə bilməsi.
1.4.2. T əlimdə inteqrativliyin xüsusiyyətləri Təhsilin inteqrasiyası fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqələrin aşkar
edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vacibliyini nəzərdə tutur.
İnteqrasiya
–
müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv
və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa istiqamətləndirmək
məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və
onları sistemləşdirməkdir.
Müasir dünya təcrübəsində, əsasən, inteqrasiyanın 3 səviyyəsini fərqləndirirlər:
Fəndaxili inteqrasiya hər bir fənn üzrə anlayış, bilik və bacarıqların
əlaqələndirilməsini, fənn daxilindəki faktların sistemləşdirilməsini nəzərdə tutur. Bu növ
inteqrasiya tədris materialını ayrı
-
ayrı tədris vahidlərində cəmləşdirməklə, fənnin məzmun
strukturunu müəyyən edir. Bununla da məzmunun informasiya cəhətdən tutumlu olması,
şagirdlərdə daha əhatəli bacarıqların formalaşdırılması təmin olunur.
İbtidai təhsil pilləsindəki fənlərin tədrisində geniş şəkildə istifadə olunan fəndaxili
inteqrasiya üçün konsentrik prinsipə əsaslanan spiralvari quruluş daha xarakterikdir. Bu
cür inteqrasiya prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyə, yaxud ümumidən
xüsusiyə doğru olur. Beləliklə, məzmun get
-
gedə yeni məlumatlarla,
bağlılıqlarla və