Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 61
Didaktik oyunlar biliklərin möhkəmləndirilməsi, tətbiqi məqsədi ilə həyata keçirilir.
Onlar təlimə emosionallıq gətirir, fənnə marağı artırır. Didaktik oyunlara idrak oyunları,
səhnələşdirmə, stolüstü və işgüzar rollu oyunlar, oyun situasiyaları, epizodik əyləncələr
daxildir. Son vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olunur.
Ana dilinin tədrisində didaktik oyunlara daha çox yer verilir. Burada “Söz oyunu”,
“Sözləri tap”, “Sözün axırıncı hərfi”, “Buraxılmış hərf”, “Heca və ya cümlədə sözün tapılması”,
“Şəklin sözlə ifadəsi” kimi oyunlara üstünlük verilir. Belə oyunlarla biliklər
möhkəmləndirilir və onların tətbiqi hafizəni gücləndirir. Belə oyunlar ibtidai sinif
şagirdlərini daha çox cəlb edir, dərsdə mənimsəməni yüksəldir.
Riyaziyyat dərslərində, xüsusilə, hesablamaların aparılmasında, həndəsi biliklərin
verilməsində didaktik oyun metodlarından istifadə imkanları genişdir.
Həyat bilgisinin, təsviri incəsənət, musiqi, informatika fənlərinin tədrisində də
didaktik oyunların müxtəlif növlərindən istifadə edilir. Bu fənlərin mövzuları əyləncəli və
rollu oyunlardan istifadəyə daha çox uyğundur. Dərslərdə belə oyunların təşkili şagirdlərin
əhval
-
ruhiyyəsini yüksəldir, sağlamlığına müsbət təsir göstərir. Belə dərslərdə şagirdlər
yüksək fəallıq göstərir, təlim bacarıqlarını inkişaf etdirirlər. Bütün bunlar təlimin
keyfiyyətini yüksəldir, vaxtdan səmərəli istifadəni təmin edir.
Didaktik oyunların təşkilində müəllim diqqətli olmalıdır. Eyni oyunu dəfələrlə
təkrarlamaq şagirdləri yorur, onların marağını azaldır. Ona görə də müəllim daha maraqlı
və rəngarəng oyun formaları seçməlidir. Müəllim müxtəlif rollu oyunlar hazırlamalı, bu işdə
va
lideyn və şagirdlərin bacarıqlarından istifadə etməlidir.
Didaktik oyunların tətbiqi şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün
inkişafına stimul verir, onlarda həyat bacarıqlarını inkişaf etdirir, fəallığı yüksəldir, fənnə
marağı artırır. Bütün bunlar təlimin keyfiyyətinə müsbət təsir göstərir.
Oyun fəaliyyətli dərslərin çox faydalı və maraqlı olmasına baxmayaraq, bütün
mövzuların tədrisində onlardan istifadə etmək mümkün olmur. Belə ki, oyunlar mövzulara,
bəhslərə, dərsin tiplərinə uyğun olaraq seçilməli və həyata keçirilməlidir.
Oyun fəaliyyətli dərslərin təşkilində müəllim bir sıra prinsipləri gözləməlidir:
•
Oyunlar biliyin təkrarlanıb möhkəmləndirilməsinə, bilik və bacarıqların vərdiş
halına keçməsinə xidmət etməlidir;
•
Yeni bir
-
birindən fərqli oyunlar tərtib edilməli və şagirdlərlə həyata keçirilməlidir;
•
Əyləncəli oyunlar, oyun fəaliyyətli dərslər illik iş planında öz əksini tapmalıdır;
•
Təlim xarakterli oyunlar cazibədar, maraqlı, məzmunlu olmalı, şagirdlərin yaş
xüsusiyyətlərinə uyğun gəlməlidir;
•
Oyunlar şagirdləri yormamalı, səhhətinə mənfi təsir göstərməlidir.
Oyun fəaliyyətli dərslərdə müəllim nizam
-
intizama, oyun qaydalarının pozulmamasına
nəzarət etməli, lazım gəldikdə şagirdlərə kömək göstərməli, onların bütün fəaliyyətini
izləməklə fəaliyyətlərini obyektiv qiymətləndirməlidir.