1.6. Təlim prosesində oyun texnikalarını tətbiq edir 1.6.1. Təlimlə bağlı oyun texnikaları və onların tətbiqi Oyun təlim metodu kimi yaşlı nəslin kiçiklərə insanların qədimdən tutmuş müasir
dövrə qədər istifadə etdikləri təcrübəni verməkdən, ötürməkdən ibarətdir. Uşaqlar üçün
çoxlu texnikalar mövcuddur ki, müəllim onları dərslərində tətbiq etməyi bacarmalıdır. Oyun
texnikaları təlimdə gərginliyi götürmək, şagirdlərin fəaliyyətini canlandırmaq məqsədi
güdür.
Məktəblilərin inkişafında didaktik əyləncəli oyunların əhəmiyyəti böyükdür.
Mütəhərrik oyunlar gənc nəslin fiziki tərbiyəsinə xidmət edirsə, zehni oyunlar şagirdlərin
təfəkkürünün inkişafına xidmət edir. Bunların hər ikisindən tədrisdə istifadə edilməsi
şagirdlərin həm zehni inkişafına, həm də onların gümrah böyüməsinə, orqanizminin
sağlamlığına səbəb olur və biliyin hərtərəfli mənimsənilməsinə zəmin yaradır. Didaktik
oyunların məzmunu estetik tərbiyənin tələblərinə cavab verdiyindən şagirdi maraqlandırır,
əyləndirir və onu yormur. Nəticədə çətin mövzuları şagird asanlıqla başa düşür və bilikləri
mənimsəməkdə çətinlik çəkmir. Məzmun şagirdin hafizəsində təkrarlanır, dərin iz
qoyur.Buna görə də mövzu heç vaxt yaddan çıxmır. Oyunların köməyi ilə şagirdlərdə
çeviklik, cəldlik, bacarıq, qüvvələrini səfərbər etmək, hazırcavablıq kimi keyfiyyətlər, o
cümlədən idrak fəallığı yüksəlir. Çünki burada uşağı maraqlandıran, onun zehni fəaliyyətinə
təsir edən şəkillər, sxemlər, cədvəl və qrafiklər, müəyyən məqsəd daşıyan tapmaca və atalar
sözləri, əyləndirici suallar və s. formalar əksini tapır.
Dərslərdə tətbiq etmək üçün oyun texnikalarının seçilməsində bir sıra prinsiplər
nəzərə alınmalıdır. Oyun texnikaları:
•
Mövzuya, şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olmalıdır. O, tədris edilən
mövzunun asan mənimsənilməsinə xidmət etməlidir;
•
Yalnız dərs prosesində deyil, dərsdənkənar tədbirlərdə də tətbiq edilməlidir;
•
Qeyri
-
sabit olmaqla, şagirdlərin maraq və meyillərinə uyğun təşkil edilməli, onları
əyləndirməli, güldürməli, bilik və bacarıqlarını möhkəmləndirməlidir;
•
Lazımi illüstrasiyalar, şəkil və tablolarla zənginləşdirilməli, şagirdlərin idrak
fəallığının artırılmasına xidmət göstərməlidir;
•
Şagirdlərin qruplara, komandalara bölünməsinə və onlar arasında yarış xarakteri
daşımasına imkan yaratmalıdır;
•
Tətbiq edilərkən şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf
etdirməlidir;
•
Müxtəlif mövzularla digər fənlərlə, həyatla əlaqə, inteqrasiya yaradılmasına imkan
verməlidir.
Dərsdə oyun texnikalarını tətbiq edərkən müəllim təlim problemlərinin həllinə istinad
etməli olur. Şagirdlər qarşısında təlim problemləri oyun texnikaları əsasında qoyulur.
Oyun texnikaları pedaqoji problemlərin həllinə xidmət edir. Burada iki və daha çox
adam iştirak edir. Oyunda iştirakçılar birgə fəaliyyətdə
və qarşılıqlı ünsiyyətdə olurlar. Bu