Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 66
zaman “subyekt
-
subyekt” münasibətlərinin metodoloji sxemi reallaşır, şagirdlərin yaradıcı
təfəkkürü inkişaf edir.
Oyun texnikalarında hər bir iştirakçı problem
-
situasiya və iştirakçılarla qarşılıqlı
ünsiyyət şəraitinə
salınır. İşgüzar oyun texnikasının problem
-
xarakter daşıması, tərəf
-
müqabilə suallar verilməsi şagirdləri qarşılıqlı ünsiyyətə və beləliklə də cavabın birgə
axtarışına təhrik edir.
Şagirddə bilik və bacarıqların formalaşdırılması kimi ciddi və mürəkkəb vəzifə o qədər
də ciddi görünməyən oyun prosesində reallaşdırılır. Bu isə şagirdə bütün idrak və
emosional potensiallarını nümayiş etdirməyə imkan yaradır. Müəyyən fəaliyyətə başlayan
adam həmin fəaliyyət növü üçün səciyyəvi olan bilik, bacarıq və vərdişlər
sisteminə, habelə
cəmiyyətdə, istehsal prosesində başqa adamlarla ünsiyyətə girmək bacarığına malik olurlar.
Oyun texnikalarında əməkdaşların biri
-
birinə suallar vermək, yeni informasiyalara
münasibətlərini bildirmək, öz nöqteyi
-
nəzərini nümayiş etdirmək
imkanı yaranır. Dialoq,
müzakirə, mübahisə maraq doğurur və mövqelərin yaxınlaşmasını, qoyulmuş problemin
birlikdə həll edilməsi şəraitini yaradır.
İştirakçıların sərbəstləşməsinə və müsbət iş iqliminin yaranmasına imkan yaradan
oyun texnikaları çoxdur. Təlimdə daha çox psixoloji fəallaşdırma oyun texnikalardan
istifadə olunur. Bu fəaliyyətin məqsədi:
•
Təhsilalanlara sərbəstlik vermək;
•
Təhsilalanlarda yaranan gərginliyi aradan qaldırmaq;
•
Şagirdlərə bir
-
birilə dialoq qurmaq imkanı vermək;
•
Öyrədici mühiti yaratmaqdır.
Təlimdə tanışlıq, özünü təqdimetmə oyun texnikaları daha maraqla qarşılanır.
Məsələn, “Dairəvi təqdim olunma” oyun texnikasında şagirdlərə dairə üzrə düzülmək təklif
edilir. Sonra hər iştirakçı adını deyərək və onu müəyyən hərəkət ilə müşayiət edərək özünü
təqdim etməli olur.
Hər növbəti iştirakçı əvvəlki iştirakçıların adını və hərəkətlərini
təkrarlayır, sonra isə özünü təqdim edir, jestlə və ya hərəkətlə öz adını müşayiət edir.
Beləliklə, axırıncı iştirakçı bütün iştirakçıların adlarını və hərəkətlərini təkrar etməli, sonra
isə özünü təqdim etməlidir. Gülməli hərəkətlərdən istifadə olunması təqdimatı daha da şən
edir.
Sadalanan oyun texnikaları təlim prosesinin məzmununa, mahiyyətinə, məntiqi
inkişafına, daxili əlaqələrinə, tərkib strukturlarına tam uyğundur. Onlar vəhdətdə tətbiq
edildikdə təlim
-
tərbiyə funksiyalarının reallaşdırılmasını asanlaşdırır.
Təlim prosesində tətbiq olunan oyunların qarşısında aşağıdakı təlim
-
tərbiyə məqsədi
durur:
•
Şagirdlərin müxtəlif fəaliyyətlərində əldə etdikləri bilikləri dərinləşdirmək,
sistemləşdirmək, genişləndirmək, möhkəmləndirmək;
•
Şagirdlərə hərtərəfli şəxsiyyətə xas olan professional keyfiyyətlər aşılamaq;
•
Şagirdlərin tədris materialını hansı səviyyədə mənimsəmələrinə nəzarət etmək və
korreksiya işi aparmaq.