TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə65/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   61   62   63   64   65   66   67   68   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Əşyaların canlandırılması
texnikasında şagirdlərə təklif edilir ki, canlandırılmış 
əşyalarla (çaydan, çətir, sabun və s.) bağlı əhvalat fikirləşsinlər və söyləsinlər.
Atalar sözləri ilə iş
texnikası 2 variantda tətbiq edilir. Birinci variantda öyrənilən 
obyekt və ya hadisə üzrə atalar sözü, hikmətli söz və ya məsəl seçilir. İkinci variantda isə 
atalar sözü, hikmətli söz və ya məsəl qurulur.
Fantaziyanın binomu
texnikasında fantastik ideyanın alınması nəzərdə tutulur. 
Məsələn: «it» və «şkaf». İdeyalar:
it şkafda, şkaf itin üstündə, şkaf itin içində, itin şkafı, itdən 
şkaf. Bu kombinasiya binomu təklif edilir.
Fantaziyanın polinomları
texnikasında məqsəd: yaradıcı təfəkkürün inkişaf 
etdirilməsidir. Proses bütün siniflə 2 variantda aparılır. Birinci variantda uşaqların 
masalarının üstünə rəngarəng əşya və hadisələr əks edilmiş şəkillər üzüaşağı qoyulur. 
Müəllim ardıcıllıqla hər bir şəkil üzrə suallar verir (Kim idi? Harada idi? Nə edirdi? Nə dedi? 
İnsanlar nə dedi? Nə ilə bitdi (sona çatdı?). Uşaqlar isə müəyyən ardıcıllıqla şəkilləri çevirir 
və hər növbəti suala həmin şəkillərin təsvirinə əsaslanaraq cavab verməyə çalışırlar. 
Çətinlik çəkənlərə yoldaşları kömək edirlər. Oyun texnikasının sonunda uşaqların 
cavablarından istifadə edərək hamı üçün bir hekayə fikirləşmək mümkündür.
İkinci variantda
uşaqlar 3 hərfdən ibarət bir söz tapırlar. Yenə əşya şəkilləri əks 
edilmiş kartoçkalardan istifadə edirlər. Məsələn, uşaqlar deyir «büdcə». Onu səslərə bölür 
və yalnız həmin səsə uyğun sözlər yazırlar və ya şifahi deyirlər.
«B» 
– 
Bakı, bazar, büdcə, baba....
«Ü» 
– 
ütü, üz, üzərlik…
“D” 
– 
dovşan, dəvə, dərə, dərs....
“C” 
– 
coğrafiya, Cəfər, corab, cücə…
“Ə” 

ərik, əmi, əzgil, əsli....
Təşkilati texnikaların tətbiqi
şagirdlərə təşkilatçılıq bacarıqları aşılayır. Dərslərdə 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin