Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 70
yazılmış xana çevrilir. O biri üzündəki şəklə uyğun olaraq şagird məlumat verir. Əgər şagird
tam və düzgün cavab
verərsə, digər nömrənin çevirməsi təklif olunur, xallarını artırır. Üç
dəfə nömrə söyləmək mümkündür. Əgər söz və ya şəkil haqqında heç nə deyə bilmirsə,
onda digər şagird cavab verir, onu əvəz edir, nömrənin açılması da həmin şagirdə həvalə
olunur.
Dərslərdə tapmacaların qurulması üçün təsvir, inkar (elədir, lakin o deyil), metafora,
sadə müqayisə, həmişə nə iləsə (əlaqələndirici ilə) fərqləndirmək kimi 4 üsuldan istifadə
edilir. Tapmacanın tərkib hissələrinə əşyanın təsviri, sirli və ya proza ilə ifadə edilməsi,
cavabların düşünülməsi aiddir.
İbtidai sinif fənlərinin tədrisində tapmacalardan istifadə edilməsi şagirdləri
hazırcavablığa hazırlayır, onların intellekt səviyyəsini yüksəldir, məntiqi təfəkkürünü
inkişaf etdirir. Ona görə də müəllim dərsin müxtəlif mərhələlərində mövzuya uyğun
tapmacalardan istifadə edir. Bəzən də mövzunun imkanlarını nəzərə alaraq dərs
-
yarış və ya
dərs
-
tapmaca formalarını tətbiq edir.
İbtidai siniflərdə fənlərin tədrisində yarış oyunlar texnikasından da istifadə edilməsi
dərslərin keyfiyyətini yüksəldir. Bunun üçün aşağıdakı nümunələrdən istifadə edilməsi
məsləhətdir.
«Kim daha çox?» texnikasında məqsədlərdən biri obyektlərin xüsusiyyətləri haqqında
olan bilikləri aktuallaşdırmaqdır. Buraya obyektin mümkün qədər çoxlu sayda əlamətlərini
xüsusiyyətlərini qeyd etmək daxildir. Tapşırıq şifahi və ya yazılı yerinə yetirilə bilər. Burada
hamıya eyni tapşırıq verilir. Daha çox əlaməti qeyd edən şagird qalib sayılır.
“Kim daha cəld?” texnikası təfəkkürün çevikliyini formalaşdırır. Bunun tətbiqi üçün bir
neçə növdə tapşırıqlar verilir.
1 - ci tapşırıq. Qrup şagirdləri dairəvi otururlar. Müəllimin əlində top olur. O, şagirdləri
təlimatlandırır. Təsəvvür edin ki, bu (müəllim topu göstərir)portağaldır.
İndi biz onu bir
-
birimizə ataraq onun əlamətlərini deməliyik. Çalışın, əşyanın söylənilən xüsusiyyətləri
təkrarlanmasın və hamı oyunda iştirak etsin. Müəllim təsəvvür olunan portağalın hər hansı
bir xüsusiyyətini söyləyərək, misal üçün «şirin»
–
deyib, fəaliyyətə başlayır. Tapşırığı yerinə
yetirən zaman müəllim şagirdləri daha cəld işləməyə təhrik edir, onları fəallaşdırır.