Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
75
1.7. Tədrisdə diferensial yanaşmanın tətbiqi yollarının ə
h
əmiyyətini izah edir
Təlimdə müvəffəqiyyət qazanmağın əsas amillərindən
biri şagirdlərə diferensial
yanaşmanın həyata keçirilməsidir. Diferensial yanaşma təlimin əsas prinsipidir. Diferensial
yanaşmanı tətbiq edən müəllim bir sıra məsələləri, o cümlədən şagirdlərin fərdi
xüsusiyyətlərini öyrənməli, onları təlim prosesində nəzərə almağı bacarmalıdır.
1.7.1. Tədris prosesində diferensial yanaşmanın tətbiqi yolları
Təhsildə tətbiq edilən ümumtəhsil kurikulumunun əsas prinsipləri pedaqoji
prosesin
tamlığı, təlimdə bərabər imkanların yaradılması, şagirdyönümlülük,
fəaliyyətin
stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması kimi müəyyən olunmuşdur. Bu
prinsiplər bütün şagirdlərin pedaqoji prosesdə potensial imkanlarının nəzərə alınmasını,
şagirdlərin maraq və tələbatlarının ödənilməsini, onların istedad və qabiliyyətlərinin,
potensial imkanlarının inkişafının təmin olunmasını,
onlar üçün sağlam mənəvi
-
psixoloji
mühitin, əlverişli və təhlükəsiz şəraitin yaradılmasını nəzərdə tutur.
Fərdi yanaşma pedaqogikanın mühüm prinsipi olub, insanın idarə olunmasında onun
şəxsi keyfiyyətlərini və həyat şəraitini dərindən öyrənməyə əsaslanır. Fərdi yanaşma
pedaqogikası məqsədlərin, təlim və tərbiyənin əsas məzmununun ayrıca
bir məktəbliyə
uyğunlaşdırılmasını nəzərdə tutur, pedaqoji təsir, metod və formalarının uyğunlaşdırılması
isə elə getməlidir ki, burada şəxsiyyətin inkişafının əvvəlcədən layihələndirilmiş səciyyəsi
təmin olunsun. Fərdi yanaşma idraki qüvvənin, fəallığın bu və ya digər meyillərin, hə
r bir
şagirdin istedadının müsbət, münbit şəkildə inkişafı üçün imkanlar yaradır. Çətin tərbiyə
olunan, az bacarıqlı məktəblilər, eləcə də inkişafı
ləng gedən, sağlamlığı məhdud olan
uşaqlar fərdi yanaşmaya daha çox ehtiyac duyurlar.
Diferensial təlim müxtəlif səviyyəli təlim
–
təhsil
-
tərbiyə
prosesinin elə təşkilini
nəzərdə tutur ki, təhsilalan tədris materialını qabiliyyətlərinə və imkanlarına uyğun şəkildə
mənimsəsin. Bu halda baza bilikləri müxtəlif səviyyələrdə mənimsənilmiş olur. Təhsilalanın
təlim
-id
rak fəaliyyəti qiymətləndirilərkən, onun səyi və yaradıcılığı nəzərə alınır.
Tәlim prosesinә müasir yanaşmalardan biri olan diferensial tәlim nәzәriyyәsi vә
tәcrübәsi daha vacib məsələlərdəndir. Bu yanaşma şagirdlәrin imkanlarının vә fәrdi
xüsusiyyәtlәrinin nәzәrә alınmasına әsaslanır.
Təlimin fərdiləşməsinin əsas məqsədi uşağın bilik, bacarıq
və vərdişlərini
təkmilləşdirmək, hər bir şagirdin ayrı
-
ayrılıqda bilik, bacarıq və vərdişlər səviyyəsinin
yüksəldilməsi yolu ilə tədris proqramlarının
reallaşmasına imkan yaratmaq, fərdiləşmə
vasitəsilə şagirdlərin maraq və xüsusi
qabiliyyətlərini əsas tutaraq, onların biliklərini
dərinləşdirib genişləndirməkdən ibarətdir. Fərdiləşmənin inkişafetdirici məqsədi məntiqi
təfəkkürün, kreativliyin və oxumaq bacarığının şagirdin gələcək inkişafını
nəzərə alaraq
reallaşdırılmasıdır.
Təlimin fərdiləşməsinin əsas məqsədlərindən biri də geniş mənada, şəxsiyyətin
tərbiyəsini əhatə edir. Bu baxımdan təlimin diferensiallaşdırılması istedadlı uşağın əsas,
aparıcı xüsusiyyətlərinə uyğun qurulmalıdır. Belə ki, təfəkkür məhsuldarlığının daha yüksək
inkişaf
səviyyəsi,
sərbəstlik,
müstəqillik,
öndərliyə
həvəs
onların
əsas