TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə72/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   68   69   70   71   72   73   74   75   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
77 
onlara görə geridə qalanlar diqqətdən kənarda qalmamalıdır. Təlimin bu növünü tətbiq 
edənlər daha yüksək nailiyyәtlәr əldə edirlər. 
Diferensiallaşdırılmış tәlim sinifdә olan şagirdlәrin һamısının eyni sәviyyәdә bilik 
almasını tәmin etmәsә dә, zәif oxuyan
şagirdlәrin dә proqramı, әsasәn, mәnimsәmәlәrinә, 
şagirdlәrin bilik sәviyyәlәri arasında olan fәrqi xeyli azaltmağa imkan verir. Bu tәlim tipi ilә 
mәşğәlә tәşkil etdikdә iş elә qurulur ki, һәr şagird öz qüvvәsinә görә işlәyir, didaktik vәzifә 
bütün şagirdlәr tәrәfindәn yerinә yetirilir.
Geridə qalan şagirdlərə ən böyük kömək diferensial tapşırıqlardan istifadə 
edilməsidir. Tapşırıqların diferensial, yəni şagird qrupunun gücünə, bilik səviyyəsinə 
müvafiq müəyyənləşdirilməsi problemin həlli yollarındandır. Diferensial tapşırıqların 
dərsdə, tədqiqatın aparılması mərhələsində, ev tapşırıqlarının verilməsində və geridə qalan 
şagirdlərlə dərsdənkənar iş prosesində, məsləhət saatlarında verilməsi daha münasibdir. 
Geridə qalan şagirdlərə diferensial tapşırıqların verilməsi ilə müəllimin işi bitmir. Belə 
tapşırıqları həll etdikdən sonra müəllim şagirdləri nisbətən çətin olan tapşırıqların həllinə 
cəlb edir. Onları yenidən izah edir, şagirdlərə köməkçi suallar verir, keçmiş biliklərini yada 
salır. Tapşırıqların şagirdlər tərəfindən həll olunmasına nail olurlar. Üçüncü mərhələdə 
şagirdlərə digər şagirdlərlə eyni səviyyəli tapşırıqların yerinə yetirilməsi təklif olunur. 
Müəllim tapşırıqların həllinə dair izahat verir, köməkçi əməliyyatları yada salır. Şagirdlər 
əvvəlki tapşırıqları həll etməklə yeni tapşırıqların bəzi elementlərini işləmiş olurlar. Ona 
görə də şagirdlər müəllimin və yoldaşlarının köməyi ilə ümumi tapşırıqların da öhdəsindən 
gəlirlər. Müəllimin geridə qalan şagirdlərlə belə təlimin müvafiqlik və asandan çətinə 
prinsipinə əsaslanaraq işləməsi şagirdlər tərəfindən maraqla qarşılanır və onlarda 
tapşırıqları müstəqil həll etməyə həvəs yaranır, özünə inam hissi formalaşır. 
Tәlim prosesindә belə yanaşmada һәr bir şagirdin mәcburi surәtdә ümumi proqramı 
keçmәsi nәzәrdә tutulur. Diferensial tapşırıqlarda isə zәif, orta vә qüvvәtli şagirdlәr daim 
diqqət mərkəzində olur. Onlar üçün dәrs müvәffәqiyyәtindә çatışmazlıqların qarşısını 
almaq vә onları aradan qaldırmaq, şagirdlәrin biliyini tarazlaşdırmaq vә һamını irәlilә
dib 
biliklәrә yiyәlәndirmәkdә yüksәk nəticəyə çatdırmaq, şagirdlәrin biliyini dәrinlәşdirib 
genişlәndirmәk, onların fәrdi qabiliyyәtini, tәlim üslubunu formalaşdırmaq, müxtәlif cәһәtli 
tәlәbatını ödәmәk vəzifələri həyata keçirilir. Diferensiallaşmış tәlim şagirdlәrin öz fәrdi 
inkişafında sürәtlә irәlilәməsini təmin edir.
Dәrsdә şagirdlәrin qarşısına müәyyәn idrak vәzifәsi qoyduqda müәllim onun bütün 
şagirdlәr tәrәfindәn dәrk edilmәsinə diqqət edir. Lakin sinfin şagirdlәrinin hamısı vәzifәni 
eyni sәviyyәdә yerinә yetirmәk qabiliyyətinə malik olmur. Zәif oxuyan şagirdlәr daha çox 
çalışırlar ki, yoldaşlarından geri qalmasınlar. Yaxşı oxuyan şagirdlәr isә sürәtlә irәlilәmәyә 
qabil olsalar da geri qalanları gözlәmәk mәcburiyyәtindә olurlar. Müəllimin təlim 
fəaliyyətini һazırlığı orta sәviyyәdә olan uşaqların üzәrindә mәrkәzlәşdirmәsi һәmişә yaxşı 
nәticә vermir. Buradan da «diferensial tәlim» vә ya «tәlimi fәrdilәşdirmәk» ideyası doğur, 
ona zərurət yaranır. Bәzi pedaqoqlar «şagirdlәrin fәrdi xüsusiyyәtlәrini nәzәrә
almaq» 
prinsipinә istinad edәrәk tәlimi fәrdilәşdirmәni qəbul etmirlər. Lakin tәlimi fәrdilәşdirmәk 
şagirdlәrә fәrdi yanaşmağı inkar etmir, onu genişlәndirir vә һәr şagirdin inkişafı üçün 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin