Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 76
xüsusiyyətlərindəndir.
Təlimin diferensiallaşdırılmasının əsas istiqamətlərinə aiddir:
1.
Tədrisin müvəffəqiyyətinin səviyyəsinə görə diferensiallaşdırma;
2.
Ümumi qabiliyyətlər üzrə diferensiallaşdırma;
3.
Profilli (təmayüllü) diferensiallaşdırma.
Təlimdə diferensial yanaşma formaları aşağıkadı kimi ümumiləşdirilir:
•
Zəif oxuyan şagirdlərlə iş;
•
İstedadlı şagirdlərlə iş;
•
İnklüziv işlər;
•
Multikultural işlər.
Şagirdlәrin bütün potensial imkanlarından istifadә etmәk, onların fərdi
xüsusiyyәtlәrinә arxalanmaq vә yalnız tәlimdә deyil, hərtərəfli inkişafda da irәlilәmәsini
tәmin etmәk bir neçә yolla: yüksәk idrak qabiliyyәti olan şagirdlәrin bilik dairәlәrini
genişlәndirib dәrinlәşdirәn fakültətivlәr yaradılması, xüsusi mәktәblәrin (riyaziyyat
mәktәblәri, һumanitar mәktәblәr) yaradılması yolu ilә mümkündür, müәyyәn saһәdә
istedadı olan uşaqlar burada öz fәrdi istedadlarını tam ölçüdә inkişaf etdirә bilәrlәr.
Diferensiallaşmış tәlimin әn kütlәvi forması sinifdә müxtәlif tapşırıq variantlarından istifadә
etilmәklә şagirdlәrin müstәqil işinin təşkilidir.
Bu cür müxtәlif qruplar üçün tapşırıqların
müәllimlər və ya şagirdlәr tәrәfindәn seçilməsi müsbət nəticə verir.
Tәlimi fәrdilәşdirmәk dәrsin bütün mәrһәlәlәrindә eyni formada tәmin edilmir.
Motivasiya mərhələsində şagirdlərin mənimsəmə qabiliyyəti, təfəkkürünün inkişaf
səviyyəsi nəzərə alınmalıdır. Şagirdlərin tədqiqata cəlb olunmasında çalışmaları da
fәrdilәşdirmәk lazım gәlmir. Tapşırıqlar orta, yüksәk dәrәcәli verilir. Nisbәtәn asan həll
olunan tapşırıqlardan da istifadə edilir. Çox yaxşı oxuyan şagirdlәr üçün asan çalışmanın
faydası olmadığı kimi, zәif oxuyan şagirdlәrә dә
çәtin çalışma vermәyin mәnası yoxdur.
Lakin müxtәlif səviyyəli çalışmalar proqram tәlәblərinә uyğun hazırlanmalıdır. Yaxşı
oxuyan şagirdlərin zəif oxuyanlara yardım göstərməsi, onların sıx əməkdaşlığı
yaradılmalıdır.
Çalışmaların isə «maksimum» vә «minimum» һәcmdә hazırlanması
şagirdlәrin һamısı üçün «minimum» çalışmaları yerinә yetirmәk mәcburi olduğu һalda,
«maksimum» çalışmalar daһa çox qüvvәli oxuyan şagirdlәrә mәslәһәt görülür.
Yeni materialın şәrһi zamanı da fәrdilәşdirmә həyata keçirilir. Bu mәqsәdlә zәif
oxuyan şagirdlәr üzәrindә nəzarəti artırmaq, yeni bilikləri mənimsədiyinə nəzarət etmək
üçün tez
-
tez onlara müraciәtlə sual vermək, lazım gələrsə, bilikləri təkrarlamaq, çәtin
materialı һissәlәrә ayırmaq, әlavә misallar çәkmәk vә s. lazımdır.
Tәlim materialını möһkәmlәndirәn zaman da şagirdlәrә fәrqli çalışmalar vermәk
mәslәһәtdir. Tədqiqat işlərinin yerinə yetirilməsində, evә tapşırıq verilərkən һәr şagird
üçün mәcburi olan tapşırıqdan başqa yaxşıoxuyan şagirdlәrә, һәmçinin bu vә ya başqa
qaydanı zәif mәnimsәmiş şagirdlәrә әlavә tapşırıq vermәk müsbət nəticə verir. Belәliklә,
tәlimi diferensiallaşdırmağın vә fәrdilәşdirmәyin mәqsәdi ondan ibarәtdir ki, bilikləri
mənimsəməkdə çətinlik çəkən şagirdlәrә görә irәlidә gedәnlәrin inkişafı ləngidilməməli,