Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 78
müvafiq şәrait yaratmağı nәzәrdә tutur.
Tәlimi fәrdilәşdirmәk vә ya diferensiallaşdırmaq һeç dә sinifdә һәr şagirdlә xüsusi
proqram vasitәsilә mәşğul olmağı tәlәb etmir, әksinә, elә üsulların tәtbiqini tәlәb edir ki,
orada һәr şagird öz xüsusiyyәt vә qabiliyyәtlәrinә әsasәn dәrketmә fәaliyyәtindә
lәngimәsin, imkan daxilindә irәliyә gedә bilsin, sinifdә һәm geriyә qalanlarla iş aparılsın,
һәm dә irәlidә gedәnlәr nәzәrdәn qaçmasın, һәm dә siniflә birlikdә işlәmәk tәlәbi
pozulmasın. Belə bir tәlimi tәşkil etmәk o qədər də asan deyildir. Bunun üçün təlim
fəaliyyətini, şagirdlərin fəallığını azaltmadan nizamlamaq lazım gəlir. Tapşırıqları
fәrdilәşdirmәklə, şagirdlərin öyrənmə tərzlərini, qabiliyyətlərini һesaba almaqla, onların
bilik vә bacarıqlarına istinad edilməlidir. Daһa fəal şagirdlәrə biliklәrini dәrinlәşdirməyə,
bilik keyfiyyətini artırmağa xidmət edən tapşırıqlar verilməlidir. Onların digər şagirdlərlə
birgə fəaliyyətini, əməkdaşlığı təmin edilməlidir. Materialı çətin mənimsəyən şagirdlərə
nisbətən asan həll olunan misal, məsələlər verilməlidir.
İnklüziv təlim İnklüziv
təlimdə fərdi və qrup tələbatları nəzərə alınır. Buraya şagirdin şəxsi, mədəni,
idraki, fiziki və hissi tələbatları aid edilir. Bunun üçün müəllim şagirdlərin fərdi
xüsusiyyətlərini müəyyən etməli, onları başa düşməli, tələbatları təlim proqramına
uyğunlaşdırmalı, ehtiyacları ödəməlidir.
Sinifdə səmərəli inklüzivliyi təmin etmək məqsədilə müəllim:
•
Nailiyyət və müvəffəqiyyətin əldə olunmasına şərait yaratmalı;
•
Şagirdləri həvəsləndirməli, onların hər bir uğurunu qeyd etməli;
•
Müəllim
-
şagird, şagird
-
şagird münasibətlərini pozitiv şəkildə qurmalı;
•
Təlimi qısa addımlara bölməli, həvəsləndirici hədəflər müəyyən etməli;
•
Şagirdlərdə maraq yaratmalı və onun bütün təlim prosesi boyunca saxlanılmasını
təmin etməli;
•
Mütəmadi əks
-
əlaqə yaratmalı;
•
Pozitiv yanaşmanı həyata keçirməli;
•
İnteqrativliyi təmin etməli;
•
Fərdi təlim planı hazırlamalı;
•
İnkişafın mütəmadi izlənilməsi və müvafiq qeydiyyatın aparılmasını təşkil etməli;
•
Şagirdlərin fərdi tələbatlarının təmin olunması məqsədi ilə müxtəlif təlim resursları
hazırlamalıdır.
İnklüzivlik bütün şagirdlər üçün maraqlı, fərqli, həvəsləndirici imkanların yaradılması,
bütün şagirdlərin təlimə cəlb olunması, onların eyni münasibət, metod, ünsiyyət və resursla
təmin olunması deməkdir. Bu amillər təlimdə diferensiallaşdırma və fərdi tələbatların
ödənilməsini mümkün edərək inklüziv təhsilin əsas sütunlarını təşkil edir.
Müəllim təlimdə şagirdlərin xasiyyətlərini, tez
-
tez dəyişə bilən əhval
-
ruhiyyəsini, əsəbi
olmasını, hisslərini nəzərə almalıdır. O, dərsini şagirdlərin aşağıdakı xüsusiyyətlərinə uyğun
təşkil etməlidir: