TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə66/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   62   63   64   65   66   67   68   69   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
69 
onun bir neçə növündən istifadə edilir.
Ziqzaq və ya mozaika
texnikası müəllimin sinfi bir neçə qrupa bölərək şagirdlərin 
işini koordinasiya edəcəyinə əsaslanır.
Karusel 
texnikasının tətbiqində məqsəd qısa vaxt ərzində interaktiv şəkildə mövzunu 
əhatəli keçmək, bütün şagirdlərin məsələlərin həllində iştirak etməsini təmin edərək 
onların məntiqi, tənqidi və yaradıcı düşünməsini təmin
etməkdir. Texnikanın tətbiqi ilə 
fərdin və qrupun məsuliyyəti artırılır, ünsiyyət və qrupdaxili qarşılıqlı əlaqə prosesləri 
inkişaf etdirilir. Bunun üçün müəllim öyrəniləcək mövzuya dair 4 və ya 5 açıq sual, 
yaxudtapşırıq seçir. Sinfi 4 və ya 5 qrupa bölür, hər qrupa 1 suala aid cavab yazmağı tapşırır. 
Müəyyən edilmiş vaxt qurtardıqdan sonra hər qrup öz yazdıqları iş vərəqlərini yanındakı 
(saat əqrəbi istiqamətində) qrupa ötürür. Hər qrup bu iş vərəqlərində olan yazıları 
nəzərdən keçirir və öz əlavələrini edirlər. Bu proses o vaxta qədər təkrarlanır ki, qruplar 
bütün iş vərəqlərini nəzərdən keçirib əlavələr etmişlər. Sonda iş vərəqi ilkin qrupa 
qaytarılmışdır. Sonra təqdimatlar və onların müzakirəsi başlayır. Şagirdlər 
ümumiləşdirmələr aparır və mövzu yekunlaşdırılır. 
Texnikanın tətbiqi prosesində seçilən suallar və ya tapşırıqlar mövzunu əhatə etməli, 
aktual məsələlərə həsr olunmalıdır. Müəllim vaxta qənaət etməli və ötürmə prosesinin 
həyata keçirilməsini diqqətdə saxlamalıdır. İş vərəqləri böyük ölçüdə hazırlanmalı, qruplara 
işləmək üçün şərait yaradılmalıdır.
Müəllim bir çox obyektlərin öyrədilməsi ilə bağlı mövzuların tədrisində belə bir oyun 
texnikasını tətbiq edir. Sinif şagirdləri iki qrupa bölünür. Mövzuya uyğun olaraq bir 
obyektin adını söyləyir. Birinci qrup şagirdləri obyektin axırıncı hərfi ilə gələn digər 
obyektin adını söyləyir, digər qrup isə onların adını çəkdiyi obyektin axırıncı hərfi ilə 
başlayan digər obyektin adını deməlidir.
Hansı qrup təkrara yol verərsə, yaxud obyekt adı 
tapa bilməzsə, uduzmuş olur. Uduzan komanda hər hansı bir təcrübə göstərməli, mövzu ilə 
bağlı tapmaca, şeir, atalar sözü, bayatı və s. söyləməlidir. Bu texnikanı tətbiq etmək üçün 
şagirdlərin mövzuları daha yaxşı bilməsi, şüurlu mənimsəməsi lazım gəlir ki, onun 
yaddaşında daha çox obyekt adı qalsın və tez cavab tapa bilsin.
«Kim tez və çox?» oyununda müəllim sinif şagirdlərini üç qrupa ayırır. Qruplara 
müxtəlif obyektlər üzrə daha çox ad tapmağı və sadalamağı tapşırır. Kim çox və tez tapşırığı 
yerinə yetirərsə, həmin qrup qalib sayılır. Sonra müəllim hər bir qrupa cədvəl çəkərək 
adlarını çəkdikləri obyektləri öz yerində yazmağı tapşırır.
Texnikanı başqa variantda da təşkil etmək mümkündür. Müəllim şagirdləri 2, 3, 4, 5 
nəfərlik və s. qruplara ayırır. Birinciyə A, digərinə B, o birisinə C və s. hərflərlə gələn əşya 
adlarını söyləməyi və yazmağı tapşırır. Hansı komanda daha tez və çox əşya adı söyləmişsə, 
onlar qalib hesab edilir. Oyun cansız və canlı təbiət komponentləri, su, hava, torpaq, bitki, 
heyvanlar, insan, sağlamlıq, iqtisadi və sosial məsələlərə həsr olunur. 
«Nömrə de» oyununu həyata keçirmək üçün müəllim əvvəlcədən bir lövhə götürür. 20 
xanaya bölür və nömrələyir. Hər xananın arxasını önə çevirmək mümkün olur. Xanaların 
arxasında isə müəyyən bir söz və ya şəkil verilir. Oyunda bütün sinif şagirdləri iştirak edir. 
Müəllim bir şagirdə nömrə deməyi təklif edir. Şagird hər hansı bir nömrəni söyləyir. Nömrə 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin