Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 83
qarşılaşırlar.
10.
Lazımdır ki, uşaq məktəbdə təlimin ilk günlərindən yalnız əla
qiymətlərə istiqamətləndirilmiş olsun.
11.
Uşağa daim məhəbbət ifadə etmək olmaz, o balaca olsa belə,
bununla o ərköyünləşər.
12.
11-
12 yaşa qədər uşaqları profilli siniflərdə təlimə cəlb etmək
olmaz: riyaziyyat, humanitar və s.
13.
Sınmış oyuncağa görə uşağı cəzalandırmaq olmaz, o günahkar deyil.
14.
Uşağı oxumağa məcbur etmək olmaz,xüsusilə bədii ədəbiyyatı.
15.
Uşağı kiçik yaşlarından ev üzrə öhdəliklərə cəlb etmək, öyrətmək
zəruridir:
16.
Hər bir uşaqda öz gücünə inam olmalıdır.
17.
Sərt cəzalar uşağın inkişafı üçün ziyanlıdır.
18.
İntellektual fəaliyyətin pis yerinə yetirilməsi səbəbindən uşağı
cəzalandırmaq olmaz: pis oxudun, düzgün saymadın və s.
19.
Əgər uşaq adi qabiliyyətlidirsə, onun özünü istedadlı sayması
düzgün deyil, bu ona həyatında mane olacaq.
20.
İstedad ya Allahdan, ya da təbiətdəndir.
21.
Balaca uşağı daim qucağa almaq olmaz, bu onu ərköyünləşdirər.
22.
İstedadlı uşağı dərhal ayırd etmək mümkündür, o öz mühakimələri
və biliyi ilə hamını heyran edir.
23.
Yaxşı müəllim o kəsdir ki, onun dərsi uşaqlar üçün həmişə maraqlı
olur və onlar vaxtın necə keçdiyini hiss etmirlər.
24.
Lazımdır ki, lap kiçik yaşlarından uşağa mümkün qədər az
qadağalar qoyulsun, onda o əsil şəxsiyyət kimi böyüyər.
25.
Balaca uşağı cəzalandırmaq olmaz, bu onun şəxsiyyətinin
boğulmasına, məhdudlaşmasına səbəb olur.
26.
İmkan dairəsində məktəbdə qiymətlərdən azad olmaq lazımdır.
27.
Böyüklər uşaqlar üçün oxuduqda, onların olduqca sakit oturaraq
hər sözə diqqətlə qulaq asmaları lazımdır.
28.
İstedadlı uşaqlara heç bir halda onların istedadlı olduqlarını demək
olmaz. Bu onlarda lovğalığa səbəb olar.
29.
Uşağın qabiliyyətli böyüməsi üçün hələ məktəbə qədər onunla oxu
ilə, saymaqla, xarici dillə məşğul olmaq lazımdır.
30.
Qabiliyyətlərin inkişaf etdirilməsi üçün tələb etmək lazımdır ki,
məktəbli hər gün iki
-
üç səhifə oxusun.