Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
62
edirlər. Ona görə də belə təlim formalarını təşkil edərkən qocalıq və aclıq, sədaqət və borc;
hər insanın valideyni olması, valideynlər öz uşaqlarını itirməməsi, güclü və ağıllı,
dosta
düzgün qiymətin verilməməsi,
dostun küsməsi, öz yerinin sahibi olması peşəkarlığın,
xeyirxahlığın yaxşı olması deməkdir, axmaqlıq, özündən razılıq, yaltaqlıq, paxıllıq, insanın
zəifliyinin və gücsüzlüyünün səbəbi olması kimi mövzulara dair nağılların seçilməsi
məsləhətdir. Belə nağılların səhnələşdirilməsi şagirdlər tərəfindən böyük həvəslə qarşılanır,
onların əsasında dəyərlər sistemi formalaşır.
Məhz bu biliklərdə və bacarıqlarda (onlar
yalnız həyatdan götürülüb və yalnız həyat üçündür) uşağın gücü və müvəffəqiyyəti durur,
onun həqiqi bir insan kimi formalaşmasının təməli qoyulur. “Özün
dəyişə bilmirsənsə,
başqalarını dəyişə bilməzsən” və yaxud “yaxınlarının qədrini bilməsən,
yadlar tərəfindən
yeyiləcəksən”
-
bu, bütün nağılların ana xəttidir. Bu fikir, meyar ətrafında uşaqlar debatın
əsas mövzusunun müzakirəsində təsdiq və təkzib mövqeyindən iştirak edirlər.
Səhnələşdirilmiş nağıl formasının birinci mərhələsi nağılın oxunması ilə başlayır.
İkinci mərhələdə əsas anlayışlar müəyyən edilir və onlar açıqlanır,
bunlar müxtəlif
yanaşmalarla söhbət, müzakirə,
şəkillər üzrə iş, muzeyə, zooparka səyahət və s. həyata
keçirilir.
Dərsin üçüncü mərhələsində, nağılda heyvanların insan obrazlarında ifadəsi
nəzərdə tutulur. Dördüncü mərhələdə nağıl bir neçə hissəyə bölünür və adlandırılır.
Dərs
-
yarışlar da şagirdlərdə fəallığı, məsuliyyət hissini artıran, onları
daha çox
maraqlandıran təlim formasıdır. Burada mövzuların öyrənilməsi yarış şəklində təşkil edilir.
Belə dərslər ziddiyyət xarakterli mövzuların tədrisində təşkil olunur. Ziddiyyətlə problemə
münasibət baxımından şagirdlər 2 komandaya bölünür. Komandalar arasında bilik yarışı,
viktorina və s. keçirilir. Komandalar sual və tapşırıqlar hazırlayır, əks komanda üzvlərinə
verir. Hansı qrup daha çox sual və ya tapşırığı həll edərsə, qalib hesab olunur.