TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə51/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   47   48   49   50   51   52   53   54   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
52 
asılılıqlarla zənginləşərək daha maraqlı hala gəlir. Bu formanın üstün xüsusiyyəti ondan 
ibarətdir ki, şagirdlər başlanğıc problemini diqqətdən qaçırmadan onunla bağlı olan 
bilgilərini daha da genişləndirir və dərinləşdirirlər.
Fəndaxili
inteqrasiya həm üfüqi, həm də şaquli olur. 
Fənlərarası inteqrasiya 

iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, bacarıq 
və prinsipin sintezidir. Bu inteqrasiya bir fənnə aid olan qanun, nəzəriyyə və metodların 
başqa bir fənnin öyrədilməsində istifadəsini nəzərdə tutur. 
Məzmunun bu modelə uyğun sistemləşdirilməsi şagirdlərin təfəkküründə dünyanın 
bütöv və bölünməz obrazının yaradılması ilə yanaşı, həm də ümumelmi anlayışlar, 
kateqoriyalar və yanaşmalarla xarakterizə olunan yeni tip biliklərin formalaşdırılmasına 
təkan verir. Müxtəlif fənlərə aid oxşar və bir
-
birini tamamlayan mövzular elə planlaşdırılır 
və tədris olunur ki, onlar üçün müəyyən bir çərçivə yaranır, yəni eyni vaxtda tədris olunur.
Fənlərüstü (transfənn) inteqrasiya inteqrasiyanın ən yüksək səviyyəsi olmaqla özündə 
təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir. Yəni bu 
inteqrasiya ilə şagirdlərin məktəbdə öyrəndikləri məzmunla məktəbdən kənarda aldıqları 
məzmun sintez edilir. 
Fənlərin tədrisi yalnız fəndaxili, fənlə
r
arası və fənlərüstü inteqrasiyanı yox, həm də 
təlim metod və texnologiyalarının inteqrasiyasını nəzərdə tutur. 
Şagirdlərdə elmi dünyagörüşü yaratmaq, onların fəaliyyətini və müstəqilliyini inkişaf 
etdirmək, sistemli və yaradıcı təfəkkürü formalaşdırmaq üçün inteqrasiya mühüm 
əhəmiyyət kəsb edir. 
İnteqrasiya ilə 3 vəzifə həyata keçirilir: təhsil, tərbiyə və inkişafetdirici vəzifələr. Lakin 
ona müxtəlif aspektdən yanaşdıqda daha çox vəzifəni: fəlsəfi, psixoloji, didaktik, metodik və 
s
. yerinə yetirdiyi məlum olur.
Təlimdə inteqrasiya bir sıra üstünlüklərə malikdir:
1.
Tədrisin elmi səviyyəsini yüksəltməyə xidmət göstərir və fənlər arasındakı səbəb
-
nəticə əlaqələrinin mahiyyətini açaraq vahid elmi sistemi dərk etdi
r
ir;
2.
Şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir, elmi dünyagörüşünü formalaşdırır, 
təbiət, cəmiyyət, habelə insan təfəkkürü və dünya haqqında biliklər sistemini 
zənginləşdirir;
3.
Tədris materiallarının şüurlu mənimsənilməsini, möhkəm yadda qalmasını təmin 
edir;
4.
Şagirdlərdə
ümumiləşdirmə qabiliyyətini inkişaf etdirir, mövzular arasında məntiqi 
əlaqə, ardıcıllıq və sistemlilik prinsiplərini həyata keçirir;
5.
Təlim prosesinin səmərəliliyini, mənimsənilmiş biliklərin keyfiyyətini yüksəldir, 
mühüm hadisələr, proseslər və qanunauyğunluqlar arasındakı səbəb
-
nəticə 
əlaqələrini aşkara çıxarır, şagirdlərin biliklərini zənginləşdirir;
6.
Şagirdlərin mənimsədikləri biliklər, hadisə və proseslər arasındakı tarixi və məntiqi 
əlaqələri gücləndirir, onlarda axtarıcılıq, zehni fəallıq və müstəqillik keyfiyyətlərini 
təmin edir;



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin