167
MİLLİ DİNLƏR
mənbəyi ilə genetik əlaqə ölkənin adında “Səma altı” və XX əsrə qədər onun
hökmdarının titulunda “Səmanın oğlu” şəklində kodlaşdırılmışdır.
Müəllimliklə yanaşı, Konfutsi arxeoqrafiya və qədim mətnlərin redaktəsi
ilə də məşğul olmuşdur. Xüsusilə, o, aşağıdakı mətnlər üzərində böyük səylə
çalışmışdır: “İ Tzin” (Dəyişikliklər kitabı), “Şu Tzin” (Sənədlər kitabı), “Şi
Tzin” (Mahnılar kitabı), “Li Tzi” (Ritual haqqında qeydlər), “Yue Tzi” (Musiqi
haqqında qeydlər). Çin mədəniyyətinin əsas, ana mətnləri sayılan bu mətnlər
“Səma altı” sakinlərinin dünyagörüşünün və milli xarakterinin formalaşmasına,
dolayısı ilə də Uzaq Şərqin digər xalqlarının
mədəniyyətinə mühüm təsir
göstərmişdir.
Konfutsi yazıçılıqla da məşğul olmuş, “Baharlar və payızlar” adlı kitab
yazmışdır. Kitab Lu hökmranlığının e. ə. 722-479-cu illəri əhatə edən xronikasından
ibarətdir. Dahi Çin mütəfəkkirinin siyasi və etik görüşləri isə şagirdləri tərəfindən
tərtib edilmiş “Lun yuy” (“Söhbətlər və mülahizələr”) adlı kitabda ifadə edilmişdir.
Bu mətn filosofun həyat və fəaliyyəti haqqında əsas məlumat mənbəyidir.
Konfutsi qurbanlar vasitəsilə səmaya (“Tyan”)
pərəstişin vacibliyini
vurğulayır və onun iradəsini (“min”) öyrənməyə çağırırdı. Hələ qədim
zamanlardan məlum olan “min” termini Konfutsinin əsərlərində daha da
inkişaf etdirilmişdir. Çox vaxt o, “tale”, “səmanın iradəsi” kimi tərcümə olunur.
Konfutsiyə görə, insan səmanın iradəsini dəyişmək iqtidarında deyil. Ancaq o,
səmanın ondan nə istədiyini bilməlidir.
Digər tərəfdən, bu, müəyyən bir insanın
şəxsiyyətinə deyil, onun sosial-siyasi statusuna aiddir. Sadə dillə desək, səma
cəmiyyətinin hər üzvü, dövlətin hər vətəndaşının öz öhdəsinə düşən vəzifələrə
uyğun hərəkət etməsini istəyir.
Konfutsi “Tyan min”i (Səmanın iradəsini) bilməyi mükəmməlliyə can
atan hər kəs üçün vacib sayırdı və söyləyirdi: “(Səmanın) iradəsini bilmədən,
“alicanəb ər” olmaq mümkün deyil”. “Min”i bilmək insana mühüm üstünlük
qazandırır - tez-tez ona əziyyət verən daimi tərəddüd və şübhələrdən azad
edir. Çünki “Min”i bilən şəxs itirmək qorxusu olmadan hərəkət edir. Onun
hərəkəti yekun, praktiki, faydalı nəticələrlə deyil, şəxsi vəzifəsinə uyğun olaraq
qiymətləndirilir. Bu həm də insanı qazanmaq ehtirasından və fəlakətə sürükləyən
məğlubiyyət qorxusundan azad edir. O, necə davranmalı olduğunu bildiyindən
daxili hüzur əldə edir. Bu yanaşmanın nəticəsi olaraq, konfutsiçilikdə “məqsədsiz
fəaliyyət” konsepsiyası formalaşmışdır. Konfutsinin bütün həyatı
demək olar
MULTİKULTURALİZMƏ GİRİŞ
168
ki, bu prinsipin həyata keçirilməsinə yönəlmişdi. Uzun illər səsinin eşidilib-
eşidilməyəcəyinin qayğısına qalmadan,
siyasi xaos dövrünə baxmayaraq,
öz təlimini yaymaq üçün neçə şəhər, neçə ölkə dəyişdirmişdir. O, öz xidməti
haqqında bunları deyirdi:
“Əgər mənim təlimim həyata keçsə, bu, Səmanın
iradəsidir, həyata keçməsə, yenə də Səmanın iradəsidir”.
Bəs “alicənab ər” Konfutsiçilikdə kimdir?
Çin dilində
“tzyun tszı”
şəklində ifadə olunan bu sözün hərfi mənası “hökmdarın oğlu” deməkdir.
“Tzyun
tszı”
Konfutsinin öz ardıcıllarına mənəvi bələdçi kimi təqdim etdiyi nümunəvi
şəxsiyyətdir. Filosof özünü heç vaxt birbaşa
“tzyun tszı”
adlandırmasa da, bu
idealı həyatında gerçəkləşdirməyə çalışmışdır.
“Alicənab ər” təliminin əsasında şəxsin əxlaqi özünüinkişaf ilə ictimai-
dövlət fəaliyyətinin əlaqələndirilməsi ideyası durur. Belə bir şəxsin fəaliyyətinin
əsas məqsədi qədim imperatorlar Yao və Şunun dövründəki ideal dövləti
yaratmaqdır. Konfutsi iddia edirdi ki, yalnız
yüksək mənəviyyata sahib,
mükəmməl insan hökumət idarəçiliyində iştirak edə bilər.
“Tzyun tszı”
n ziddi
“syao jen”
dir (“rəzil adam, balaca insan” kimi
tərcümə olunur. Red.).
“Sjao jen”
bütün mənfi xüsusiyyətlərin, necə etmək lazım
olmadığının nümunəsidir. O, Səmanın iradəsini yerinə yetirmək istəməyən,
yalnız öz mənfəətini güdərək çətin vəziyyətlərdə ləyaqətini qorumayan insandır.
Maraqlısı budur ki, Konfutsiçiliyin milli şüura təsiri nəticəsində Çində tacirlər
iyerarxiyaya görə kəndlilərdən aşağı pillədə yerləşirdi.
Konfutsinin ardıcılları öz müəllimlərinin təlimini sistemləşdirərək
“alicənab ərin” beş məziyyətini müəyyənləşdirmişlər. “Beş dəyişməzlik” adı
verilən konsepsiya bunları əhatə edir: “jen” – insanpərvərlik, “i” - ədalət, “li” –
ritual, “çji” – şüurluluq və “sin” - səmimiyyət.
Ənənəvi Çin təsəvvürlərinə əsasən, yerdəki həyatla səmavi dünya arasında
əhəmiyyətli
fərq yoxdur, hətta o, səmavi dünyanın yerdəki inikasıdır. Bu,
hökmdarın hakimiyyətinin müqəddəsləşdirilməsinə və bürokratiyanın inzibati
vəzifələrinin ruhani funksiyaları ilə birləşməsinə səbəb olmuşdur. Hətta dövlət
səviyyəsində ayinlərin düzgünlüyünə və vaxtında yerinə yetirilməsinə nəzarət
edən xüsusi bir şöbə - Mərasimlər departamenti var idi. O, imperatorluğun altı ən
yüksək idarəetmə orqanlarından biri idi. Qeyd olunur ki, fəxri adların tanrılarına
məvacib verilməsi təcrübəsi belə olmuşdur.
Ritual Səma reallığının dünyaya daxil olma aktı sayılırdı. Eyni zamanda,
169
MİLLİ DİNLƏR
o, insanların yaşayış tərzini səmavi, ilahi qaydalara uyğunlaşdırırdı. Ritualın
yoxluğu isə Səma ilə əlaqənin kəsilməsi demək idi. Bu isə insan cəmiyyətinin
deqradasiyası, anarxiya sayılırdı. Dövlət mərasimlərinin əsas məqsədi
cəmiyyətin rifahını təmin etmək idi. Onun üzvləri daxilən düzgün yetişmədən
buna nail olmaq qeyri-mümkün idi. Rituallar tanrı ilə əlaqə yaratmaqla yanaşı,
onda iştirak edən hər kəsə münasibətdə harmonikləşdirmə rolunu oynayırdılar.
Onlar insan hərəkətlərinə yön verir və cəmiyyətdəki yerlərini göstərirdilər.
Təsadüfi deyil ki, Çində rəsmi şəxslər ritualları yerinə yetirməməkdə ittiham
olunduqda ağır cəzaya məruz qalırdılar.
Ritualların əsas elementi isə müxtəlif şəkillərdə
yerinə yetirilən qurban
vermə ayinləri idi. Qurban obyekti olaraq yemək və ya digər əşyalar istifadə
olunurdu. Qurbanın yandırılması isə onun yeni varlıq səviyyəsinə keçməsini
nəzərdə tuturdu.
Bir qayda olaraq, bütün mərasimlər musiqi ilə müşayiət
olunurdu. Bu məqsədlə məbədlərdə zəruri hallarda orkestr tərəfindən ifa olunan
xüsusi musiqi alətləri saxlanılırdı.
Dostları ilə paylaş: