Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə359/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   355   356   357   358   359   360   361   362   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
 
 
22.4. BİRİLLİK TAXIL OTLARI
 
22.4.1. Sudan otu
Əhəmiyyəti
. Sudan otu quru ot və yaşıl kütlə məhsulu verir. Məhsuldarlığına görə Sudan otu 
bütün birillik taxıl otlarını ötüb keçir. Yaxşı aqrotexniki fonda Sudan otu hektardan 50-70 və hətta 
100 sentnerə qədər quru ot məhsulu verir. 


308 
Tədqiqatlarla müəyyən edilmişdir ki, kövşənlik əkinlərində suvarılan rayonlarda Sudan otu 
uzun müddət hektardan 250-280 sentner yaşıl kütlə məhsulu vermişdir. 
Sudan otunun quru otunda 9-10% zülal var. Bir kq. yaşıl kütləsində 65-80 mq karotin olur. 
Proteinin həzm olunma əmsalı 60,8%, yağ - 45,7%, azotsuz ekstraktiv maddələr -73,4%, sellüloza - 
69,1% - dir. Sudan otu heyvanlar üçün yaxşı yemdir. Vətəni Sudan ölkəsidir. 
Botaniki təsviri.
Sudan otu 
(Sorghum sudanense Pers.) 
güclü inkişaf etmiş, saçaqlı kök 
sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. 
Sudan otunun aşağı gövdə buğumlarından 6-8 sm uzunluğunda dayaq, yaxud hava kökləri əmələ 
gəlir. 
Gövdəsi silindir şəkilli, içərisi məsaməli 
ağ parenxim hüceyrələrlə doludur. Gövdədə 
buğumaralarının miqdarı sortdan və sortun 
vegetasiya müddətinin yzynluğundan asılıdır. 
Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər 
olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası 
olur. 
Ümumi kollanmasına görə sudan otu üç 
qrupa bölünür. 
-
zəif kollanan - 12 ədədə qədər budaq 
əmələ gətirən, 
-
orta dərəcədə kollanan -12-25-ə 
qədər budaq əmələ gətirən, 
-
şiddətli kollanan - 25-dən yuxarı 
budaq əmələ gətirən. 
Kolun formasına görə Sudan otu 
dikduran, zəif dağınıq, dağınıq, yarıməyilmiş 
və əyilmiş formalara bölünür. Ən çox yayılan formalar dikduran və zəif dağılandır. 
Yarpaq, yarpaq ayası və yarpaq səthindən ibarətdir. Yarpaq səthi geniş şırımlı, çılpaq, düz, 
kənarları girintili-çıxıntılı və uzunluğu 60 sm-ə qədərdir. Yemlik münasibətinə görə daha artıq 
inkişaf etmiş orta yarus yarpaqları çox qiymətlidir. Yarpaqlanma dərəcəsinə görə Sudan otu 3 qrupa 
ayrılır. 
1.
Zəif yarpaqlanma – əsas gövdədə 6-ya qədər yarpaq olur. 
2.
Orta dərəcədə yarpaqlanma – əsas gövdədə yarpaqların miqdarı 6-9 ədəd. 
3.
Yaxşı yarpaqlanma – yarpaqların miqdarı 9 ədəddən yuxarı. 
Hamaşçiçəyi çoxsünbüllü süpürgədir. Süpürgənin uzunluğu 40 sm-ə çatır. Sünbülcüklər süpürgənin 
nəhayətində yerləşir.
Meyvəsi sünbülcük pulcuğuna kip bağlanmış dəndir. Sorqodan fərqli olaraq təpə dənmeyvə 
xaricə çıxmır. Hər süpürgədən 4-5 qram dən alınır. Dənin mütləq kütləsi 10-15 qram və daha 
artıqdır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin