22.3.4. Seradella Əhəmiyyəti. Seradellanı qumsal torpaqların üçyarpağı adlandırırlar. Bu dənli bitkilər və
kartof üçün çox gözəl sələfdir. Seradella otarmağa qarşı dözümlü və əla bal verən bitkidir.
Tərkibində quru maddəyə görə proteinin miqdarı 15,2 %-dir.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Seradella (
Ornitopus sativus Broth. ) bərk kök
sistemi və güclü inkişaf edən yan köklərdən ibarətdir. Köklər 125 sm və daha artıq torpağın
dərinliyə işləyir, ilk dövrlərdə bitkinin kökü sutkada 7 sm-ə qədər dərinliyə gedə bilir. Hər bir bitki
5-dən 16-ya qədər nazik, zərif, şaxələnən hündürlüyü 50-70 sm, payıza qədər qabalaşmayan
sürünən budaqlar əmələ gətirir. yarpağı cütlələkşəkillidir. Hamaşçiçəyi salxımdır (qotaz). Çiçəkləri
açıq-çəhrayı rənglidir. Meyvəsi paxladır. Bir hamaşçiçəyin paxlaları quş pəncəsinə oxşayır, ona
görə də seradellanı
quşayağı adlandırırlar. Paxlaların uzunluğu 4 sm-ə qədərdir. Hər bir paxlada 5-6
toxum olur. Toxumu xırda, bucaqlı, yastı, açıq-darçını yaxud yaşılımtıl rəngdədir.
Toxumları 1-2
0
C temperaturda cücərir. Cücərtiləri və yetkin bitkiləri - 8-9
0
C şaxtada məhv
olurlar.
Seradella nəmlik sevən bitidir. Havanın nisbi rütubəti yüksək olduqda o yaxşı inkişaf edir.
Kiçik yaşlarında kölgəliyə yaxşı dözür. Kök sistemi yüksək soruculuq qabiliyyətinə malikdir.
Fosfor və kalium gübrələrinin verilməsinə yaxşı reaksiya göstərir.
İlk 40-45 gündə seradella yavaş-yavaş inkişaf edir. Sonra o çiçəkləməyə başlayır, elə bu
dövrdən budaqlar intensiv inkişaf etməyə başlayır. Nəmişli havalarda bitki payızın sonuna qədər
çiçəkləyir. Paxlaların və toxumların yetişməsi nizamsızdır, səpindən 105-110 gün sonra yetişməyə
başlayırlar. Çox vaxt aşağıdakı paxlalar yetişir, lakin budaqların yuxarı hissəsində hələ də açılan
çiçəklər olur.