Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə356/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   352   353   354   355   356   357   358   359   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası.
Seradella herik bitkisi kimi yaxud payızlıq və yazlıq taxıllar altında 
becərilir.
Qumsal torpaqlarda kalium gübrəsi quru ot məhsulunu 24-34%, lakin fosfor və kalium 53% 
artırır.
Səpin norması quru ot üçün hektara 40-45 kq, toxum üçün isə 10-15 kq-dır. Toxum almaq 
üçün seradella çox erkən səpilir. Səpin üsulu toxum üçün adi cərgəvi, yem üçün gencərgəli
cərgəarası 25-30 sm olmaqla səpilir. Toxumun basdırılma dərinliyi 2-3 sm-dir. Seradella toxum 
üçün alaq otlarından təmiz tarlalarda adi cərgəvi üsulla səpilir.
Quru ot üçün yığım tam çiçəkləmə fazasında bitkinin aşığı yaruslarında yaşıl paxlalar əmələ 
gəldikdə həyata keçirilir. Aşağı yaruslardakı paxlalar qonurlaşdıqda toxumluq seradellanın yığımına 
başlanır. Seradella otbiçənlə biçilir. Toxum itkisini azaltmaq üçün yığım səhər və axşam saatlarında 
həyata keçirilir. Yığımın gecikdirilməsi ən yaxşı toxumların tökülməsinə səbəb olur. Çoxillik 
təcrübə göstərir ki, yığımın 10 gün gecikdirilməsi toxum məhsulunu 27-30% aşağı salır. 
Qurudulmuş kütlə kombaynla xırdalanır.
 
 
22.3.5. Üçyarpağın birillik növləri
Şabdar, yaxud İran üçyarpağı
(Trifolium resupinatum L.)
– birillik yazlıq və payızlıq 
bitkidir. Şabdar suvarılan rayonlarda qiymətli yem bitkisidir. Kök sistemi orta güclüdür. Gövdəsi az 
budaqlanan, yüksələndir. Bitkisinin hündürlüyü 20-30 sm və daha artıqdır. Başcığı şarşəkillidir. 
Çiçəkləri çəhrayıdır. Yaxşı bal verən bitkidir. Suvarma şəraitində 3-4 biçin verir. Vegetasiya 
dövrünün uzunluğu 80-135 gündür. 


306 
Orta Asiyada erkən yaz səpinində iyun ayında çiçəkləyir. Təcrübədə tərkibində 17-18% 
protein olan yüksək qidalı quru ot məhsuldarlığı hektardan 80-100 sentnerə çatır.
Azərbaycanın rayonlarında hər hektardan 70 sentner əlverişli şəraitdə isə 150 sentnerə qədər 
quru ot məhsulu verir. 
Şabdar yabanı halda Lənkəran-Astara zonasının təbii biçənəklərinin 30%-ni təşkil edir. 
Qidalılığına görə yonca bitkisinə yaxındır. Gövdəsi, yarpaqları yumşaq və xoş iylidir.
Pambıq bitkisi üçün şabdar gözəl sələfdir. Yaşıl gübrə kimi istifadə etdikdə pambığın 
məhsuldarlığı hektardan 10-12 sentner artır. 
Şabdarın becərilməsi üçün əlavə tarla tələb edilmir. Belə ki, iki mövsüm arasında onu pambıq 
cərgələri içinə payızda səpdikdə aprel ayına kimi yüksək məhsul almaq olar. 
Şabdar çox məhsuldar olduğundan onu yonca ilə qarışıq əkmək faydalıdır. Şabdarın hesabına 
yoncanın məhsulu 1-ci ili 35-40% artır. Suvarma şəraitində bitkinin boyu 70-100 sm-ə çatır. 
Yarpaqları üçguşəlidir. Çiçək qrupu yarım şar şəkillidir. Toxumu yumurtavaridir. Toxumları sarı, 
yaşıl, qəhvəyi rəngdə olur. Mütləq kütləsi 1,5-1,8 qramdır. 
Toxumlar əlverişli şəraitdə bir sutkaya cücərir. Cücərtilər şaxtaya davamlıdır. 
Torpağa tələbkar deyildir. Vegetasiya müddəti 80-130 gündür. Suvarılan rayonlarda 2-3 dəfə 
biçmək olur. İkinci biçin üçün 30-40, üçüncü biçin üçün isə 50 gün tələb olunur.
Çarpaz tozlayan bitkidir. 
Toxumları çox xırda olduğundan səpin qabağı sahəyə mala çəkmək lazımdır. Onu payızda 
səpdikdə səpinqabağı əkilmiş sahə suvarılmalı və malalanmadan sonra səpinə başlanmalıdır. 
Fosfor və kalium gübrəsinə tələbkardır. Şabdar adi cərgəvi üsulla səpilir. Səpin norması 
hektara 12-16 kq, toxumun basdırılma dərinliyi 1,5-2,0 sm-dir. Vegetasiya müddətində müxtəlif 
şərtlərdən asılı olaraq şabdar 4-5 dəfə suvarıla bilər. Şabdarın səpin müddəti payızda oktyabr 
ayındadır. 
Quru ot üçün çiçəkləmə dövrünün başlanğıcında şabdarı biçmək lazımdır, gecikdirildikdə 2-ci 
biçinin məhsulu aşağı düşür. 
Toxum almaq məqsədilə şabdarın ancaq birinci biçini saxlanılır. Çünki, birinci biçindən 
götürülən toxum məhsulu keyfiyyətli olur. Biçin başcıqların 70-80%-i qonurlaşdıqda aparılır. Kütlə 
quruduqdan sonra birbaşa kombaynla döyülür. 
Şabdar kövşənlik əkinlərdə daha yaxşı bitir. Şabdarın kövşənlik əkinlərdə yaşıl kütlə 
məhsuldarlığı hektardan 230-240 sentnerə çatır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin