Pedaqogikanın ümumi əsasları Plan


P.6. Uşaqların yaş xüsusiyyətləri



Yüklə 176,29 Kb.
səhifə19/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   141
P.6. Uşaqların yaş xüsusiyyətləri

Yaş dövrü dedikdə - fərdin bir şəxsiyyət kimi müəyyən zaman çərçivəsində anatomik – fizioloji, psixoloji və sosial dəyişmələrlə xarakterizə olunan fiziki və psixi inkişaf səviyyəsi başa düşülür. Uşaqları yaş dövrlərinə bölmək və hər bir yaş dövründə onların xüsusiyyətlərini bilmək, inkişaf prosesini idarə etmək üçün çox əhəmiyyətlidir. Pedaqoji baxımdan uşaqların yaş dövrlərini bu cür müəyyənləşdirirlər:

    • çağalıq dövrü - 1 - yaşadək

    • erkən məktəbəqədər yaş dövrü - 1-3 - yaşlar

    • məktəbəqədər yaş dövrü - 3-6 - yaşlar

    • kiçik məktəbyaşı dövrü - 6-10 - yaşlar

    • orta məktəbyaşı dövrü - 10-15 - yaşlar –

    • böyük məktəbyaşı dövrü -15-17 - yaşlar

Çağalıq dövründə inkişaf nəticəsində qazanılmış nailiyyətləri bu cür ümumiləşdirmək olar. - böyüklərlə ünsiyyətin və oyuncaqlarla təmasın ilkin əlamətləri yaranır; - ilk sosial emosiyalar və fəallığın ilkin əlamətləri, ünsiyyətə canatma meylləri yaranır; - əşyalar haqqında ilkin təsəvvürlər formalaşır; - hafizə və təfəkkürün sadə əlamətləri özünü göstərir; - passiv və aktiv nitqə yiyələnmə səyləri möhkəmlənir. Normal çağa, adətən 3,2-3,5 kq çəkiyə malik, bədənin uzunluğu, təxminən, 50 sm. olur. Bir yaşın sonunda çəkisi 10-11 kq, bədən uzunluğu 75 sm.olur. Çağanın beyni 380-390 qr. 1 yaşda uşağın beyni 780-800 qr. olur.

 1-3 yaşlarında uşaqların inkişaf xüsusiyyətləri bunlardır: - fiziki və psixi inkişaf sürətinin artması; - böyüklərlə ünsiyyətin inkişafı və yaşıdlar arasına ünsiyyətin yaranması; - oyun və məhsuldar əməyin ilk ünsürlərinin meydana çıxması; - təfəkkürün əyani-əməli və əyani-obrazlı formalarına yiyələnmə; - təxəyyülün meydana gəlməsi; - fəal nitqə yiyələnmə; - şəxsi arzu və istək yaranması; - özünütəsdiqin ilk ünsürlərinin, “mən özüm” şüurunun yaranması.

Məktəbəqədər yaşlı uşaqlarda psixi inkişaf göstəriciləri bu cür olur: - psixi funksiyalar arasında hafizə mərkəzi yer tutmağa başlayır; - uşaqlar öz fəaliyyətlərini hisslərdən çox təsəvvürlər əsasında qurmağa başlayırlar; - idraki maraqlar genişlənir, dünyagörüşünün ilkin əsasları yaranır; - təxəyyül formalaşmağa başlayır; - iradi davranış və şəxsi özünüdərk yaranır.

 Məktəbəqədər yaşlı uşaqların əsas fəaliyyət növü oyundur. Bu yaşda, həmçinin, yaradıcı-məhsuldar fəaliyyətdən də danışmaq olar. Bu fəaliyyətə aiddir: - rəsm çəkmək; - fiqurlar düzəltmək; - applikasiya; - qruplaşdırma işləri.




Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin