Tərbiyə prosesinin xüsusiyyətləri. Pedaqoji prosesin əsas tərkib hissələrindən biri tərbiyədir. Tərbiyə - həyat üçün zəruri olan sosial təcrübənin mənimsənilməsi və cəmiyyət tərəfindən qəbul edilmiş dəyərlər sistemi formalaşdırılması üçün böyüyən nəslə məqsədynlü təsir göstərmək prosesidir.
təlim prosesinin məntiqi və sistemi təhsilin qarşısında qoyulmuş məqsədlə müəyyən edilərək, onun məzmununda, təşkilat formalarında, üsul və vasitələrində öz əksini tapır. Tərbiyənin məntiqi isə özünün ümumi və xüsusi vəzifələri ilə müəyyən edilərək, prinsip və üsullarında əksini tapır;
təlimdən fərqli olaraq, tərbiyə uzun sürən bir prosesdir.
təlimdən fərqli olaraq tərbiyənin nəticələri gec məlum olur.
tərbiyənin bir xüsusiyyəti də özünütərbiyə və yenidən tərbiyədir.
tərbiyə prosesinin xüsusiyyətlərindən biri onun fasiləsizliyidir. Məktəbdə verilən tərbiyə sistematik, arasıkəsilməz xarakterli olmalıdır. Təkcə bir “çox yaxşı” tərbiyəvi tədbirlə şagirdlərin davranışını tam nizamlamaq olmaz;
tərbiyə prosesi kompleks xarakter daşıyır;
tərbiyə prosesi nəticələri etibarilə variantlı, qeyri-müəyyən xarakter daşıya bilər. Eyni şəraitdə tətbiq edilən tərbiyəvi işlər müxtəlif nəticələr verə bilər. Burada uşaqların fərdi xüsusiyyətləri, sosial təcrübələri, tərbiyəçilərin peşə hazırlığı, pedaqoji ustalığından çox şey asılıdır.