224
gecikdirir və vegetasiya müddətini uzadır, bitkinin müxtəlif xəstəliklərə davamlılığı azalır. Azotla
normal qidalandıqda kartof bitkisi fosfor və kaliumu daha yaxşı mənimsəyir.
Fosforla kartofun yaxşı təmin edilməsi cücərtilərin əmələ gəlməsindən başlayaraq bitkinin
inkişafının sürətlənməsinə səbəb olur. Digər inkişaf fazaları da tez başa çatır, kök sistemi
formalaşır, yumruların əmələ gəlməsi dövrü tezləşir, yumruların məhsulu və nişastalığı artır,
saxlamağa davamlılığı yüksəlir, əkin materialı kimi keyfiyyəti yaxşılaşır.
Fosfor çatışmazlığı turş torpaqlarda müşahidə edilir. Əhəngləmə sayəsində turş torpaqlarda
torpaq məhlulunda alüminium və dəmirin miqdarı azalır, fosfor bitki üçün daha çox əlçatan olur.
Nəmlik aşağı olduqda fosforun bitkiyə daxil olması güclü surətdə çətinləşir. Eləcə də torpaqda
temperaturun 8-10
0
C-yə və aşağı enməsi fosforun bitkiyə daxil olmasına mənfi təsir göstərir.
Kalium fotosintez prosesində, zülal və sulu karbonlar mübadiləsində böyük rol oynayır,
kartofun məhsuluna və keyfiyyətinə (nişasta) əhəmiyyətli dərəcədə təsir edir, xəstəliyə qarşı
davamlılığı artırır. Kalium bitkinin su rejimində son dərəcə gözəl rol oynayır. O hüceyrələrdə
turqoru artırır, bunun sayəsində bitki toxumalarında daxili təzyiq saxlanır. Kalium aclığı zamanı
kartofun boy və inkişafı və onun anatomik-morfoloji quruluşu pozulur, mexaniki toxuma və kök
sistemi zəif inkişaf edir. Kalium çatışmadıqda yumrular bir qədər uzunsov forma alır, xırda olurlar
və qış dövründə pis saxlanılır. Tərkibində çoxlu miqdarda xlor olan kalium gübrələri yumruların
nişastalılığını aşağı salır.
Azot və fosfor çatmadıqda yarpaqların rəngi açıq olur və dik durur. Kalium çatmadıqda tunc
rəngli yarpaqlar əmələ gəlir. Yarpaqlar qırışır, kənarları aşağı əyilir, qonur yaşıl rəng alır və məhv
olur.
Kartof işıqsevən uzun gün bitkisidir. İşıq çatmadıqda yerüstü kütlə saralmağa başlayır,
çiçəkləmə zəifləyir yaxud tam dayanır və yumruların məhsuldarlığı aşağı düşür. Buna görə də daha
yaxşı işıqlanma şəraitinin yaradılması zəruridir. Hədsiz sıx əkinlər də seyrək əkinlər kimidir, yüksək
kartof məhsulu alınmasını təmin edə bilmir.
Müasir fotoperiodik təsnifata əsasən kartofun mədəni sortları qısa gün bitkilərinə aid edilir,
lakin orta en dairəsi şəraitində uzun gün bitkisi kimi becərmək olar. Gün uzunluğunun ixtisar
olunması bitkinin inkişafını sürətləndirir. Uzun gün bitkinin yerüstü kütləsini gücləndirir, bu
köküyumrunun böyüməsi üçün zəruri olan fotosintez prosesinin məhsulunun miqdarından asılıdır.
Ona görə də yumruların məhsulu bir qayda olaraq uzun gündə, qısa günə nisbətən yüksək olur.
Lakin bu kartofu uzun gün bitkiləri qrupuna aid etməyə səbəb ola bilməz.
Kartof haqlı olaraq işıqsevən bitki adlandırılır. Hətta işıqlanmanın cüzi azalması yerüstü
kütlənin saralmasına, gövdənin uzanmasına, çiçəkləmənin zəifləməsi yaxud tamamilə olmamasına
və yumruların məhsulunun aşağı düşməsinə səbəb olur. Əkinlərin seyrəkliyi yaxud artıq sıxlıqda
olması kartofdan yüksək məhsul alınmasını təmin edə bilməz.
Yığılmış kartof yumruları bir neçə gün işıqda qaldıqda yaşıllaşaraq onlarda xlorofil və solanin
əmələ gəlir. Dağınıq və birbaşa işığın təsirindən solaninin miqdarı 100 qr. yumruda 30-40 mq. artır.
Toxumluq kartof üçün yaşıllaşma faydalıdır, ona görə ki, yumrular saxlanılan zaman xəstəliklər və
gəmiricilərdən, mühafizə olunur, payız-qış dövründə yaxşı saxlanılır.
Ərzaq kartofunun yumrularını yaşıllaşmadan qorumaq lazımdır, belə ki, bu zaman o
xoşagəlməz acı-büzüşdürücü tam alır və zəhərli olur.
Kartof sortları vegetasiya müddətlərinin uzunluğuna görə 3 qrupa bölünür.
1)
70-90 gün; 2) 120-130 gün; 3) 131-180 gün:
Dostları ilə paylaş: