Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda
olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər
».
İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl
sırasında əmr be məruf (doğru yola əmr) və nəhy əz
münkər (azğınlıqı qadağan etmə) də vardır. Lakin bəziləri
yanılaraq, yuxarıda zikr edilmiş ayədən belə nəticə
çıxarırlar ki, hərə öz həyat tərzini müəyyən etməli və
yolundan azanlara mane olmamalıdır.
Rəvayət olunur ki, həzrət Peyğəmbərin (s) və onun
yaxınlarının iştirak etdiyi bir məclisdə «əmr be məruf» və
«nəhy əz münkər» mövzusunda söhbət gedirdi. Gənc
müsəlmanlardan biri söhbətə qarışaraq, yuxarıdakı ayəni
misal gətirərək, «doğru yola çağırışa hacət qalırmı»,-deyə
sual verir. Həzrət Peyğəmbər (s) buyurdu: «
Doğru yola
əmr edin və bu yoldan azanların qarşısını alın. Amma
elə bir zaman gəlsə ki, insanlar dünyanı üstün tutsalar,
paxıllıq və nəfs onlara hakim olsa, hər kəs yalnız öz
25
fikirini bəyənsə, bu cahillərdən uzaqlaşıb, özünüzlə
məşğul olun
»
1
.
Demək, uyğun ayədəki göstəriş, yalnız müəyyən dövrə
aiddir. Din, vətən, millət sevgisini anlayan insan bilir ki,
ətrafdakı insanlara laqeyidlik cəmiyyəti uçuruma
sürükləyir.
Sual 30:
Müsəmma əcəl nədir?
Cavab:
«Ənam» surəsinin 2-ci ayəsində buyurulur:
«
Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən
edən. Allahın yanında Müsəmma ‒ məlum bir əcəl də
vardır
».
Ayədən məlum olur ki, insan üçün iki əcəl, iki ölüm
vardır: müsəmma ‒ məlum əcəl və sadəcə əcəl. Başqa
ayələrdən, eləcə də Əhli-beyt (ə) hədislərindən faydalanan
təfsirçilər bu qənaətdədirlər ki, müsəmma əcəl təbii ölüm,
əcəl isə qeyri-təbii ölümdür.
Öz təbii etibarı ilə bir çox mövcudlar uzun müddət
yaşaya biləcəyi halda, müəyyən bir səbəb üzündən qəfil
ölümlə rastlaşırlar. Beləcə, qəfil ölüm təbii ölümü
qabaqlayır. İnsan da belədir. Əgər ona verilmiş ömrü
qısaldacaq maneələr ortaya çıxmasa, təbii ölümədək yaşaya
bilər. Məsələn, bir neft lampasının iyirmi saatlıq nefti varsa,
əgər bir maneə olmasa, o bu iyirmi saatı yanmağında
davam edəcək. Onun iyirmi saatdan sonra sönməsi təbii
ölümün bir misalıdır. Amma qəfil əsən bir külək bu
lampanı bircə saatdan sonra da söndürə bilər.
Qeyri-təbii ölümün vaxtını qohum-əqrabanı tez-tez
yoxlamaqla gecikdirmək olar. Amma təbii ölümün vaxtını
dəyişmək qeyri-mümkündür. Qurani-kərimdə buyurulur:
1
«Nurus-səqəleyn», 1-ci cild, səh. 684.
26
|