zühurundan sonra bütün dünyanı tam əhatə edəcəkdir.
İmam Baqir (ə) yuxarıdakı ayənin təfsirində belə buyurur:
«
Bu ayədə verilən vəd Məhəmməd (s) ailəsindən olan
Mehdinin (ə) zühuru zamanı həyata keçəcəkdir. Həmin
gün yer üzündə Məhəmməd (s) həqiqətini təsdiq
etməyən bir nəfər də qalmayacaq
»
1
.
Eyni ayənin təfsirində imam Sadiq (ə) buyurur:
«Hələ ki, bu ayənin mahiyyəti gerçəkləşməyib. O
zaman gerçəkləşəcək ki, Mehdi (ə) zühur edəcək və
dünyada bir nəfər də olsun kafir qalmayacaq»
2
.
Hədislərdə həzrəti Mehdinin (ə) zühur əlamətləri geniş
şərh olunmuşdur. Qısaca, bunu demək olar ki, zühur
ərəfəsində
dünyada küfr, sitəm, günah öz son həddinə
çatacaqdır. Amma bu zühurun dəqiq vaxtı haqqında
məlumat, yalnız Allah-təalanın ixtiyarındadır.
Sual 53:
Var-dövlətin haram buyurulmuş «kənz həddi»
necə müəyyən olunur?
Cavab:
Tövbə surəsinin 34-cü ayəsində var-dövlət
toplayanlar haqqında ümumi bir qanun zikr edilir: «
Qızıl
və gümüşü toplayıb gizləyənlər, onu Allah yolunda
xərcləməyənləri şiddətli bir əzabla müjdələ
». Ayədəki
yığılıb xərclənməyən sərvət «kənz»dir.
Gümüş və qızılın meydana çıxması, ehtiyacından artıq
məhsulu, mal-qarası və s. əmlakı olanlara qızıl
və gümüş
toplamaq şəraiti yaratdı. Əslində, pulun yaranma fəlsəfəsi,
iqtisadi əməliyyatların sürətləndirilməsindən ibarət idi.
Qızıl-gümüş pulun xəzinələrdə hərəkətsiz dayanması,
həmin fəlsəfə ilə daban-dabana zidd idi.
1
«Məcməül-bəyan».
2
«İkmalid-din».
46
Yuxarıda zikr edilən ayə, xəzinələrdə hərəkətsiz
sərvətlərin toplanmasını qadağan etdi.
Hərəkətsiz kapital
yığımı, dünyadakı iqtisadi tarazlığı pozur, kasıb təbəqənin
vəziyyətini daha da ağırlaşdırır. Demək kənz, insanların
iqtisadi durumunu pisləşdirən ölü kapitaldır. Belə bir sual
ortaya çıxır ki, hansı miqdarda ölü kapital kənz hesab
edilir?
«Məcməül-bəyan»da
nəql olunur ki, həzrət Əli (ə)
buyurmuşdur: «
Dostları ilə paylaş: