Fasilələrin və qeyriuyğunluğun analizi üsulu Paleogeoloji xəritələrin qurulmasında istifadə olunur.
Formasiyaların analizi üsulu Yer qabığının əsas struktur elementlərinin müəyyən mərhələsinin inkişafı üçün səciyyəvi olan çöküntülərin genetik tiplərinin komplekslərini öyrənir.
TEKTONOSFERİN QURULUŞU
VƏ ƏSAS STRUKTUR ELEMENTLƏRİ
Tektonosfer adı altında yerin bərk hissəsinin 400 km dərinliyə qədər olan, yəni, Yer qabığı və üst man-tiyanın cəmi başa düşülür. Yerin bu hissəsi tektonik hərəkətlərin əsas arenası olmaqla kəskin qeyrihəmcins tərkibə və quruluşa malikdir. Ancaq bu o demək deyildir ki, dərində yatan alt mantiya yekcins tərkibə malikdir və tektonik prosseslərdə iştirak etmir. Müqayisədə alt mantiya üst mantiya və Yer qabığına nisbətən stabil və yekcinsdir.
Yer qabığı bərk yeri, demək olar ki, fasiləsiz olaraq xaricdən örtən nazik və kövrək bir pərdədir.
Onun qalınlığı Alp və Himalay dağları altında mak-simum həddə çatır və 75-85 km- ə qədər dəyişir.
Qitələrdə və okeanlar altında Yer qabığının quruluşu və tərkibi çox müxtəlifdir. Okeanlar altında bu qalınlıq adətən 7 km- dən artıq olmur. Qitə ətəyinə doğru getdikcə qalınlıq artır, 15- 18 km- ə çatır. Mütəxəssislər hesab edirlər ki, okean tipli yer qabığı üç laylıdır: birinci lay çökmə laydır. Okeanın mərkəz hissəsində onun qalınlığı 1 km- dən 7 km- ə qədər dəyişir, kənarlarında qalınlıq daha çoxdur; ikinci bazalt layıdır ki, onun qalınlığı 1,5- 2 km- ə çatır. Bu əsasən bazalt örtüklərindən və seyrək nazik çökmə süxur qatlarından ibarətdir. Burada alt hissədə dolerit layları inkişaf edib; üçüncü lay ultraəsasi qabbro süxurlarından təşkil olunub. Birinci və ikinci lay qazma kəşfiyyat quyuları ilə açılıb; üçüncü layın quruluşu isə dərin okean qazma işləri zamanı öyrənilib.
Qitə tipli yer qabığının qalınlığı orta hesabla 35- 40 km təşkil edir. Dağ tikililəri altında bu qalınlıq 50- 70 və bəzən 85 km- ə çatır. Qitə tipli yer qabığı üçün əvvəllər üçlaylı quruluş müəyyən edilmişdi. Ancaq, qitələrin yer qabığı okeanlardan
fərqli olduğu üçün indi dördlaylı model təklif olunur:
Birinci lay çökmə qatdan ibarətdir. Okean-lardan fərqli olaraq burada bu layın qalınlığı 20- 25 km qədərdir.
İkinci və üçüncü lay çox vaxt konsolidə olun-muş (sıxılmış) qabıq adı altında verilir. Konsolidə olunmuş qabıqda qranit (qranit- metamorfik, qranit- qneys) və bazalt (qranit- bazalt) layları ayrılır. Hesab edilir ki, bu laylar bir- birindən Konrad səthi adlanan bölünmə səthi ilə ayrılır. Ancaq dərinlik qazma işləri zamanı Konrad səthi çox zaman aşkar olunmur (Misal olaraq Kola yarımadası dərinlik quyusunu və s. göstərmək olar).
Geofiziki (Seysmik) tədqiqatlara görə 400 km dərinlikdən başlayaraq seysmik dalğaların sürəti getdikcə kəskin artır. Müəyyən edilmişdir ki, 400 km- dən 700 km- ə qədər olan zonada Qolitsin adlanan lay keçir.
Seysmik tədqiqatlarla müəyyən edilmiıdir ki, yerin xarici nüvəsi maye halındadır, daxili nüvə isə bərkdir. Nüvənin tərkibi dəmir kimi qəbul edilir. La-kin eksperimental məlumatlara görə onun içərisində
az miqdar nikkel, həmçinin gümüş, oksigen vəya si-
lisium qarışığı var.
Dostları ilə paylaş: |