Perikraton enmə zonaları qitələrin sualtı kənarlarının 50- 100 m- ə qədər olan hissələrinə müvafiq gəlir. Bu sahil və dayazdəniz çöküntülərinin güclü toplandığı zonalardır. Burada qalınlıq 10- 12 km- ə çatır.
Platformalar üzərindəki ikinci cərgə struktur elementləri olan anteklizlər, sineklizlər və avlako-genlərdir.
Anteklizlər plitələr hüdudunda üfüqi qal-xıntılardır. Tağ hissədə bəzən onun bünövrəsi səthə çıxmış olur. Burada bünövrə 1- 1,5 km dərinlikdə yerləşir. Çökmə örtük ixtisar olunmuş qalınlıqla, fasilələrin çoxluğu və daha gobud tərkiblə fərqlənir.
Sineklizlər üfüqi iri çökəkliklərdir. Onlar həm plitələr üzərində, həm də qalxanlar arasında müşa-hidə olunur. Sonuncular cənub platformaları üçün səciyyəvidir. Yatım bucağı 1o- dən azdır. Burada çö-kmə qatın qalınlığı 3- 5 km- dir. Sineklizlərin iki xü-susi tipi mövcuddur: birincisi, çox böyük və dərində
yatan sineklizlərdir ki, bunlar çox vaxt platforma kənarında yerləşir (Xəzəryanı sinekliz); ikinci tip Sibir platforması üzərində olan trapp tipli sineklizdir.
Avlakogenlər platforma içərisində böyük qra-ben- çökəkliklərdir, çatlarla sərhədlənib, böyük qalınlıqlı (10- 12 km) çöküntü qatları ilə doldurulub. Çöküntülərdən duzlar və kömürlər səciyyəvidir. Daxili quruluşuna görə sadə və mürəkkəb avlako-genlər ayrılır. Avlakogenlər adətən platformanın kənarlarından birinə çıxır. Bəzən platformanın bir kənarından digər kənarına qədər uzanır.
Anteklizlər və sineklizlər üçüncü sıra struktur elementlərdən təşkil olunub. Anteklizlər tağlardan, sineklizlər isə çökəkliklərdən ibarətdir.
Çökmə örtüyün strukturunda yenə bir cərgə səddlər ayrılır. Bu üfüqi qalxıntıların uzununa bir- neçə yüz (200- 300 km), eninə isə on km- lərlə uzanan bir- neçə lokal qalxıntılar zənci-rindən ibarətdir. Lokal qalxıntıların ölçüləri bir- neçə km- dən bir- neçə 10 km- ə qədər olur. Hündürlüyü bir neçə on və ya bir neçə yüz m- ə qədərdir. Bəzən oval cizgilidir. Bünövrə üzərində əks oluna və olunmaya bilər.
Dostları ilə paylaş: |