Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə193/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   189   190   191   192   193   194   195   196   ...   532
30. (Lut:) “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” – dedi.

31. Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yəqubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdırlar” – dedilər.

32. (İbrahim) dedi: “Orada (onların içində Allahın mömin bəndəsi) Lut da var!” Onlar: “Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O (əzab içində) qalanlardan olacaq!” – deyə cavab verdilər.

33. Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi qısıldı. (Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri üçün o öz tayfasının onlara pislik yetirəcəyindən qorxub məyus oldu). Onlar dedilər: “Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O (əzab içində) qalanlardan olacaq!


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin