172. Sonra da o birilərini məhv edib kökünü kəsdik.
173. Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!
174. Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
175. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Əş-Şuəra: 160-175) Ən-Nəml surəsində deyilir:
54. Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: “Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz?
55. Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!”
56. (Lut) tayfasının cavabı yalnız: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın! Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır.” – deməkləri olmuşdu.