«“hittə!” söyləyərək» bu halı bildirən cümlədir. Yəni, "hittə" sözünü deyəndə səcdə etdiyiniz halda daxil olun.
İbn Abbas392 və Əta393 deyirlər ki, onlara bağışlanma diləmək əmr olunmuşdu.
Buxari394 Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər belə demişdir: "İsrail oğullarına: «“hittə” (“bizi bağışla”) deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq», – deyildi. Onlar isə səcdədən yayınmaq üçün izdiham edir və bu sözü dəyişib: "Saça düzülmüz bir arpa dənəsi!" – (mənasında bir söz) deyirdilər."
Əbdü-r-Rəzzaq395 Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər demişdir: "Uca Allah İsrail oğullarına dedi: «“hittə” (“bizi bağışla”) deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq.» Onlar isə bunu dəyişdilər. Səcdə etməmək üçün izdiham yaratdılar və "Saça düzülmüz bir arpa dənəsi!" – dedilər."
Uca Allah bu xilafa görə onları taun xəstəliyinə düçar etməklə cəzalandırdığını deyir. İki səhih kitabda Usamə ibn Zeydin hədisində Peyğəmbərin belə dediyi rəvayət olunur: "Bu xəstəlik bir əzabdır. Sizdən əvvəlki bəzi ümmətlərə onunla əzab verilmişdir.396"
Nəsai Səd ibn Əbu Vaqqasdan , Usamə ibn Zeyddən və Xuzeymə ibn Sabitdən rəvayət edir ki, Peyğəmbər belə demişdir: "Taun xəstəliyi sizdən əvvəlki ümmətlərin cəzalandırıldığı bir əzabdır."397
İsrail oğulları Beytülmüqəddəsdə qərar tutdular. Allahın peyğəmbəri Yuşa ibn Nun da vəfat edənə qədər onlarla yaşayıb Tövratla hökm etdi.
XIDIR PEYĞƏMBƏR
i z Musa peyğəmbərin hekayəsində, onun ilahi elmi öyrənmək üçün Xıdırın yanına getməsi haqqında danışmışdıq. Uca Allah Öz kitabının əl-Kəhf surəsində onların hekayəsini bizə xatırlatmışdır. Biz "Təfsir" kitabımızda həmin ayəni açıqlamışıq. Bu kitabda isə Peyğəmbərimizin hədisini398 xatırlatmışdıq. Bu hadisənin Xıdır ilə, İsrail oğullarının peyğəmbəri və Tövrat nazil olunan İmran oğlu Musa arasında baş verməsini qeyd etmişik.
Xıdırın ismi, nəsəbi, peyğəmbərliyi və bu günə qədər yaşayıb-yaşamaması haqqında fikir ayrılığı mövcuddur.
Daha doğrusunu Allah bilir, amma görünür Xıdır onun məşhur ləqəbidir.
Buxari399 Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər belə demişdir: "O, buna görə Xıdır adlandırılmışdır. Bir dəfə o otsuz (otu qurumuş) torpağın üzərində oturmuşdu. O yerindən duran kimi yer yaşıllaşdı."
Xəttabi deyir: "Xıdırın belə adlandırılmasına səbəb, onun gözəl və üzü nurlu olmasına görədir".
Mən isə deyərdim ki, bu fikir Buxarinin rəvayət etdiyi hədisə zidd deyil. Əgər bu ikisindən birini seçmək məcburiyyəti olsa, o zaman Buxarinin rəvayət etdiyi hədis daha önəmli və daha etibarlıdır. Əslində belə halda başqa fikir axtarmağa gərək yoxdur.
Dostları ilə paylaş: |