Şahlar həSƏNOĞLU


  *****               *****              *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə28/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   24   25   26   27   28   29   30   31   ...   65
2016-2403

 


 
146 
*****               *****              ***** 
 
Cəmilə  iki  gün  dalbadal  Nərgizlə  həmin  tarlaya  gəldi. 
Fazili geri yollayıb vaxt verirdilər saat 2-də gəlib onları aparsın. 
Özləri tarlada qalıb guya saatı axtarırdılar. Üçüncü gün evlərinə 
getmək adıyla Cəmilə Nərgizgildən də çıxaraq bir qoca şoferin 
taksisinə əyləşib tək  gəldi sahəyə.  Kişiyə vaxt qoydu: saat 12 
tamamda  bu  yerə  gəlib  onu  geri  aparsın,  saatı  itib  burda,  onu 
axtaracaq. Taksi qayıdıb getdi. Cəmilə tarlaya girib yenə həmin 
yerə  gəldi.  Kamalla  son  görüş  yerində,  ayaqüstə  dayana 
bilməyib  yerə  çırpıldığı  nöqtədə  yerə  sancılmış  bir  cüt  ayaq 
yerinin 
yavuqluğuna gəlib uzun-uzun tamaşa etdi. Hələ dünən, 
s
rağagün  Nərgizlə  gələndə  görmüşdü  o  ləpirləri,  ancaq 
Nərgizin yanında yanaşmamışdı ona.  
Bu  yerdə  çoxlu  ləpirlər  qalmışdı,  ancaq  iki  ləpir  eşənək 
salmışdı  tarlada,  o  qədər  dərinlərə  batmış,  o  qədər  ora-bura 
burulmuşdu,  mətə  kimi  dərinləşmiş,  enlənmişdi  ayaq  yerləri. 
Dünən gözlərini çəkmişdi ləpir, bu gün ürəyini çəkirdi özünə. 
Nədənsə  ona  elə  gəlirdi  Kamalın  ləpiridi  bu.  Axı  kim  gəlib 
dayanardı  o  qırğın-qiyamətdə  o  gün  burda,  Kamaldan  başqa? 
Kim gələrdi bu yerə, nədən ötrü gələrdi, nədən ötrü dayanardı? 
Bəs  niyə  elə  bircə  gün  gəlmiş  olsun  Kamal?  Niyə  sabahı  da, 
birisigünü  də  gəlməsin?  Xətrinəmi  dəyib  Sürəyyanın  gəlmə-
məsi? İnciyibmi Sürəyyadan? Bəs nə tez, bəs nə tez belə? İndi 
də Cəmilə gedib girdi qoşa ləpir içinə, uzun müddət ayaq üstə 
ləpirə sancılı qalıb əyləşə də bilmədi. Yol ilə kəndə gedən üstü 
adamlarla  dolu  maşını  görüncə  aşağı  çökdü.  Sahə  yaşdı  hələ, 
palçıq  idi,  ətrafdan  bir  topa  pambıq  yığıb  altına  sərərək  ləpir 
yanında  əyləşdi.  Odlana-odlana,  buxarlana-buxarlana  qaldı 
Cəmilə. Öz ağlı ucundan, öz düşüncəsizliyi ucundan qaldı belə. 
İlk  oxu  daşa  dəydi.  Çoxbilmişlik  elədi  guya,  düzgün 
tanıtdırmadı  özünü,  bəyənmədi  mexanizator  olduğuyçun 
Kamalı. Ona ali savadlı lazımmış, institutda oxuyan lazımmış, 
"günəbaxanlar"  lazımmış,  mexanizasiyada  oxuyan  oğlan 


 
147 
əskiklik  gətirərmiş  adına,  şərəfinə,  arzularına!  İnsanları  gör 
necə də bölüb parçalayıblar, institutlarla, sənətlərlə, vəzifələrlə, 
şəhərlər,  kəndlərlə  bölükləyiblər  insanları,  ələk-vələk  
eləyiblər! Ata-analarla,  əmilər,  dayılarla,  bibilər-xalalar, 
yeznələr-qayınlarla  parçalayıblar,  bölükləyib  təsnifata  salıblar 
insanları!  Bu  təsnifatlar  üzrə  qızlar  özlərinə  bəyənib  oğlan 
seçirlər,  ideal  seçirlər,  oğlanlar  qızlara  bənd  olub  bu  təsnifat 
üzrə  həyəcanlar  keçirir,  məhəbbət  xülyalarına  dalır,  aşiq 
olurlar.  Bu  təsnifatda  mexanizasiyada  oxuyan  yeddi  bacılı  bir 
oğlana yer yoxdu, sevilib seçiləsi, vurulub bənd olunası deyil o, 
aldadılıb  əksildiləndi,  oynadılıb  alçaldırılandı,  kələyə  salınıb 
gülünc  hala  salındırılandı.  Bu  təsnifata  uydu  Cəmilə  də,  bu 
təsnifata  al  olub  gözü  bağlı  qəbul  elədi  onu,  bu  təsnifatla  yar 
seçmək  istədi  özünə.  Düzdü,  bu  təsnifatda  çox  məqamlar 
Cəmilənin  ürəyincə  olmayıbdı.  Sevəcəyi  oğlanın  valideyni, 
qohum-
əqrabası  heç  vaxt  maraqlandırmayıb  onu,  əksinə  bir 
ikrah  doğub  onda  belələrini  görəndə.  Lakin  onun  sevəcəyi 
oğlan da bu təsnifata salınıb adı ora düşmüşlərdən olacaqdı: ali 
savad  almış  olacaqdı  o  oğlan!  Cəmilənin  bu  təsnifatdan  seçib 
götürdüyü  yeganə  bölmə  bu  idi.  Elə  bu  da  güdaza  verdi 
Cəmiləni!  Kamal  ona  yaraşan  deyilmiş  demə!  Di  öl  canın 
çıxsın,  yan  tökül!  Dərincə  bir  nifrət  oyalanıb  qalxırdı  özünə 
qarşı.  Fikirləşirdi  ki,  haqqın  qəzəbinə  gəlib,  haqq  özü  qənim 
olub ona! 
İndi  ağlaya-ağlaya qal,  başına döyə-döyə qal  elə. Vallah 
unuda bil
məyəcəksən  Kamalı,  bütün  ömrün  boyu  unuda 
bilməyəcəksən, hər Kamal adı çəkiləndə yanıb-yaxılıb cızdağa 
dönəcəksən! 
Gözləri doldu Cəmilənin, başı dumanlandı bu düşüncələ-
rindən,  nəsə  yandırıcı  bir  qor  gəlib  tıxçandı  sinəsinə.  "And 
olsun bu ana torpağa Kamal, and olsun başım üstdə bu göyərən 
göylərə  unutmayacağam  səni!  Səni  tapmayınca,  sənə  rast 
gəlməyincə könlüm açılıb bir gülməyəcəyəm, sevinməyəcəyəm 
ürək  dolusu.  Sevməyəcəyəm  Kamal,  bir  kəsə  könül  verib 


 
148 
vurulmayacağam,  xoşbəxtliyə,  səadətə  qovuşmayacağam 
s
ənsiz!  Ərə  də  getməyəcəyəm,  atam  evində  oturub    düz  on  il 
səni gözləyəcəyəm. Axtaracağam səni! Sənin intiqamını Cəmilə 
aldı  bir  yalançı  qızdan  almaq  üçün,  səni  alçaldıb  əskiltdiyinə 
görə,  ona  çalın-çarpaz  dağlar  çəkmək  üçün  mən  də  onu 
yandıracağam. Səni itirdiyim Oktyabrın 22-si gününün on illiyi 
gəlib yetişməyincə onu bu dünyadan kam almağa, bir dad-tam 
görməyə qoymayacağam! 
Bəlkə  eşidirsən  ürəyimin  səsini,  dinləyirsən  qəlbimdə-
kiləri,  hardasa  gözlərini  yumub  anmadasan  məni,  inan  söz-
lərimə  Kamal,  inan,  bu  dəfəki  vədim  yalan  deyil,  yalan 
olmayacaq! 
Səndən də bir xahişim var, yerə salma bu xahişimi, 
qəbul  elə,  yerinə  yetir:  demirəm  bu  gün,  demirəm  sabah, 
demirəm  üç  il,  demirəm  beş  il,  onuncu  ilin  sonuncu  gününə 
razıyam  Kamal,  gəl  çıx  axırda  tapıl,  qayıt  mənə.  Yalvarıram 
sənə  Kamal,  qulun  kənizin  ollam,  ayaqların  altına  sərilmiş 
cecimin, palazın ollam, qayıt mənə Kamal, qayıt mənə! 
Öz  inciyimi  də  deyim  Kamal.  Neçin  gəlmədin  görüşə. 
Qan  olmadı  elə  bir  gün  gəlmədim  mən,  yetirmədim  vaxtlı-
vaxtında?  Sabah  gələydin,  birisi  gün  gələydin,  bu  gün  gəlib 
çıxaydın,  gəlmədin,  dəlib  çıxmadın  Kamal.  Bilirəm  nəsə  bir 
qəza var başında, nəsə əlində deyil başın, yoxsa sən əgər mən 
gördüyüm,  mən  duyduğum  Kamalsansa  çoxdan  gəlib  çıx-
mışdın.  Yox  əgər...dilim  gəlmir  deyəm  Kamal,  necə  deyim... 
mən  deyən,  mən  duyan  Kamal  deyilsənsə...Qarğayam  sənə. 
Ağlıma  sığışmır  başqa  bir  səbəb,  beynimə  girmir,  yatmır 
könlümə! İnanmıram, inana bilmirəm, inanmaram sənin dönük 
çıxdığına, sənin saxta çıxdığına! 
Bir  də  əgər  məni  anmaq  istəsən  Kamal,  yada  salmaq 
istəsən, bir sakit guşəyə çəkil, Qədir oxuduğu "Sona bülbülləri" 
bir  maqnitafona  qoyub  oxut,  dinlə,  dönə-dönə  dinlə.  Onun 
zəngulələrində  axtar  məni,  onun  o  qeyri  dünyəvi  enib 
qalxmalarında soraqla məni, onun muğamatında, o muğamdakı 
niskilində,  hıçqırıqlarında  axtar  məni!  Özüm  olmasam  da 


 
149 
ruhum  ordadı  Kamal,  ruhumu,  mənəviyyatımı,  niskilimi 
tapacaqsan orda! 
Köksünün  altı  saralmış  bir  Sona  bülbüləm  indi  mən, 
"Sona bülbüllərin" naləsi qəlbimə keçib indi, qəlbimdə, ruhum-
da  dalğalanır.  Bu  ilk  görüş  yerimiz,  bu  son  görüş  yerimizdə, 
bax ayaqlarının ləpiri qaldığı  bu pambıq tarlası ortasında "Sona 
bülbüllər"  oxuyacağam  sənə,  qoy  bizi  doğuzdurub  əsrəyə 
çatdıran uca göylərimiz, bu ana göylərimizin belə məzhun, belə 
meyxoş bu payız rüzgarı səsimi ərmağan aparsın sənə!" 
 
 
Dəryada gəmim qaldı, 
Sona bülbüllər! 
Biçmədim zəmim qaldı, 
Saçı sünbüllər! 
 
Çox çəkdim yar cəfasın, 
Sona bülbüllər! 
Mənə də qəmim qaldı, 
Saçı sünbüllər! 
 
Elə yar, yar deyirlər, 
Heç məni demirlər, ay sona... 
 
Yaş boğdu Cəmiləni. Oxuya bilmədi ardını. Çıxmadı səsi, 
çatmadı səsi, dolaşdı boğazında, sinəsində dolaşığa düşdü səsi. 
Şövqü də gəlmədi bir daha. Baxdı saat 12-yə 20 dəqiqə qalıb. 
Ayağa qalxıb başı dumanlana-dumanlana, titrəyib içindən əsə-
əsə,  səyəlləklənə-səyəlləklənə  asfalta  doğru  getdi. Asfalta 
çatanda düz saat 12 oldu. 
İndicə  gələcəkdi  qoca  taski  şoferi, 
Cəmilənin  sınıq  könlünün  sınıb  qırıldığı  bu  ilk  və  son  görüş 
yerindən əbədilik ayırıb aparmağa gələcəkdi onu. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin