Şəhid duası
Məhəllədə görülən ən mühüm işlərdən biri 1997-ci ildə
Şəhid Məhəllati avtobanının körpüsünün altında İbrahimin
təsvirinin çəkilməsidir. Bu kitabın hazırlandığı son
günlərdə seyidin yanına gedib dedim: "Ağa seyid,
eşitmişəm Şəhid Hadinin rəsmini siz çəkmisiniz,
doğrudur?"
– Bəli.
– Sizə təşəkkür etmək istəyirəm. Çünki bu rəsmə görə
ağa İbrahim hələ də məhəllədədir.
– Mən İbrahimi tanımırdım. Qərara gəlmişdik ki,
Şəhidlər konqresi üçün orada müharibə komandirlərindən
birinin rəsmini çəkim. Dostların biri ağa İbrahimin şəklini
gətirib dedi ki, bu, cəsədi itkin düşmüş bir şəhiddir.
Mümkünsə, onun rəsmini çək.
Mən onunla bağlı xatirələri eşidəndən sonra təklifi
qəbul etdim. Çətin iş idi, amma yaxşı şəkildə görməyə
çalışdım. Rəsmi dəyişdiyimə görə bizə bir şey vermədilər,
boyanı və digər xərcləri özüm qarşılamalı oldum, lakin
bundan sonra Allah mənim həyatıma elə bərəkət verdi ki,
hesablaya bilmərəm. Bu rəsmdən çox xeyir gördüm.
Təəccüblə soruşdum: “Məsələn nə?”
– Bu rəsmi çəkəndən və Şəhidlər cilvəsi sərgisi
başlayandan sonra bir cümə axşamı günü bir qadın yanıma
gəlib dedi: "Ağa, bu şirniyyat bu şəhid üçün hazırlanıb,
burada paylayın".
Düşündüm ki, yəqin şəhidin qohumlarındandır. Buna
görə soruşdum: "Siz Şəhid Hadini tanıyırsınız?"
- Yox.
Təəccübümü görəndən sonra əlavə etdi: "Bizim evimiz
bu yaxınlıqdadır. Mənim həyatımda problem yaranmışdı.
218
Bir neçə gün öncə siz rəsmi çəkəndə buradan keçirdim.
Öz-özümə dedim ki, İlahi, əgər bu şəhidlərin sənin
yanında hörməti varsa, səni bu şəhidə and verirəm, mənim
problemimi həll elə. Mən də söz verirəm ki, namazlarımı
ilk vaxtda qılacağam. Sonra adını bilmədiyim bu şəhidə
Fatihə oxudum. İnanın ki, problemim çox tez aradan
qalxdı. İndi ona təşəkkür etməyə gəlmişəm".
Seyid sözünə davam etdi: "Ötən il mənim işlərimdə
yenidən düyün yarandı, çoxlu problemlər vardı. Ağa
İbrahimin rəsminin önündən keçəndə şəklin saraldığını
gördüm. Çərçivə hazırlayıb boyaları götürdüm və rəsmi
bərpa etməyə başladım. İnanılmaz idi; rəsmin işi bitən
kimi mənə böyük bir layihə təklif olundu və maddi
sıxıntılarımın çoxu həllini tapdı".
Seyid bir qədər sonra yenə əlavə etdi: "Ağa, bunların
Allah yanında məqamları çox ucadır, biz hələ bunları
tanımamışıq. Bunlar üçün kiçik bir iş görəndə Allah bir
neçə qat artıq əvəzini verir”.
***
Məscidə gəlmişdi. Məndən ağa İbrahimin dostlarını
soruşdu. Onlarla şəhid haqda danışmaq istəyirdi.
– Sizin işiniz nədir? Bəlkə kömək edə bilərəm?
– Mən Şəhid Hadinin kim olduğunu, məzarının harada
yerləşdiyini bilmək istəyirəm.
Bir qədər fikrə getdim. Nə deyəcəyimi bilmirdim. Bir
neçə saniyədən sonra dedim: "İbrahim Hadi itkin şəhiddir,
məzarı yoxdur. Bəs nə üçün onunla maraqlanırsınız?"
Çox narahat oldu.
– Bizim evimiz Şəhid Hadinin rəsminin yaxınlığında
yerləşir. Mənim kiçik qızım hər səhər bu rəsmin önündən
keçib məktəbə gedir. Bir dəfə məndən onun kimliyini
soruşdu, mən də dedim ki, bunlar gedib düşmənlə
219
vuruşdular, düşmənin bizə hücum etməsinə qoymadılar və
sonda şəhid oldular.
Qızım bunu eşidəndən sonra hər dəfə rəsmin önündən
keçəndə Şəhid Hadiyə salam verir. O, bir neçə gün öncə
yuxuda bu şəhidi görüb. Şəhid Hadi qızıma deyib: "Xanım
qız, sən hər dəfə mənə salam verəndə, mən cavabını
verirəm, bu az yaşında hicabını belə yaxşı qoruduğuna
görə sənə dua edirəm”.
İndi qızım məndən Şəhid Hadinin kimliyini və
məzarının harada olduğunu soruşur.
Boğazımı qəhər tutdu. Balaca xanıma yalnız bu mesajı
yolladım: "Əgər ağa İbrahimin həmişə sənə dua etməyini
istəyirsənsə, namazından və hicabından muğayat ol”.
Sonra da İbrahimlə bağlı bir neçə xatirə danışdım.
***
Bir tablonun üzərinə belə yazılmışdı: "Şəhidlərlə
ünsiyyət və dostluq qarşılıqlıdır".
2009-cu
ilin
novruzu
idi.
Kitabın
mətnini
təkmilləşdirməkdən ötrü Gilanqərbə yola düşdük. Yolda
Eyvan şəhərinə çatdıq. Qürub çağı idi, səhərdən avtomobil
sürdüyümə görə çox yorulmuşdum. Lakin şəhərdə heç bir
hotel və mehmanxana tapmadıq.
Ürəyimdə dedim: "Ağa İbrahim, biz sənin işindən ötrü
gəlmişik, özün yoluna qoy".
Bu zaman şam azanı verildi. Öz-özümə dedim: Əgər
İbrahim burada olsaydı, mütləq namaz qılmaq üçün
məscidə gedərdi. Odur ki, biz də məscidə yollandıq.
Camaat namazını qılandan sonra təxminən əlli yaşlı bir
kişi bizə yaxınlaşıb hörmətlə salam verdi.
– Siz Tehrandan gəlmisiniz?
Mən təəccübləndim.
– Bəli.
220
– Maşınınızın nömrəsindən bildim. Bizim evimiz
yaxındadır, hər şey də hazırdır. Buyurursunuz?
– Çox sağ olun, biz getməliyik.
– Bu axşam istirahət edin, sabah gedərsiniz.
Qəbul etmək istəmirdim. Məscidin xadimi yaxınlaşıb
dedi: "O, buranın bələdiyyəsindən ağa Məhəmmədidir.
Təklifini qəbul edin".
O qədər yorulmuşdum ki, qəbul etdim və birlikdə yola
düşdük.
Bizə çox geniş şam süfrəsi açdı. Gecəni orada yatdıq.
Səhər yeməyindən sonra sağollaşanda dedi: "Şəhərə
gəlişinizin səbəbini soruşa bilərəm?"
– Biz bir şəhidlə bağlı xatirələri təkmilləşdirməkdən
ötrü Gilanqərbə gedirik.
Təəccüblə dedi: "Mən Gilanqərbdənəm. Hansı şəhidi
deyirsiniz?”
– Onu tanımazsınız, özü Tehrandan idi.
Sonra çantamdan şəkli çıxarıb ona göstərdim.
Təəccüblə baxıb dedi: “Bu ki ağa İbrahimdir! Şəhid
Hadi atamla mənim komandirim olub. Müharibənin birinci
ilində əməliyyat və kəşfiyyatlarda bir yerdə olmuşuq”.
Mat-məəttəl ona baxdım. Nə deyəcəyimi bilmirdim.
Boğazımı qəhər tutdu. Axşamdan bizə ən gözəl şəkildə
qulluq olundu, ev sahibi də onun dostlarından imiş.
Ağa İbrahim, minnətdaram.
|