Axtarış
Səid Qasimi və şəhidin bacısı
1990-cı ildə əsirlər azad olub vətənə qayıtdılar. Bəziləri
hələ də İbrahimin qayıdışını gözləyirdilər. Onların
arasında İbrahim Hadi adlı iki nəfər olsa da, bütün
uşaqların ümidləri puça çıxdı.
Bir il sonra İbrahimin dostlarının bir neçəsi əməliyyat
bölgələrinə baxmaq üçün Fəkkəyə yollandılar. Bu səfərdə
qrup üzvləri bir neçə şəhidin cənazəsini tapıb Tehrana
apardılar.
Bir neçə gündən sonra şəhidlərin ailələrinə baş çəkməyə
getmişdik. Bir şəhidin anası mənə dedi: "Siz bilirsiniz
mənim oğlum harada şəhid olub?"
– Bəli, biz birlikdə idik.
– İndi müharibə qurtarıb, siz onun cəsədini tapıb gətirə
bilməzsiniz?
Bu ananın sözündən sonra çox fikrə getdik.
Ertəsi gün müharibə dövrünün bir neçə qayğıkeş
komandiri ilə söhbət etdim. Qərara gəldik ki, dostlarımızın
cəsədlərini axtarmağa gedək. Bir müddətdən sonra bir
neçə nəfər toplaşıb Fəkkəyə yollandıq.
Yeni axtarışlardan sonra üç yüz şəhidin, o cümlədən
həmin ananın oğlunun cəsədi tapıldı. Ondan sonra
müxtəlif sərhəd bölgələrində axtarış aparmaq üçün
Şəhidlərin axtarışı adlı komitə yaradıldı.
Çoxlu maneələrə baxmayaraq, məzlum şəhidlərimizə
görə Fəkkədə axtarış işi genişləndi. Axtarış qrupunun
İbrahimi tanıyan bir çox üzvləri deyirdilər: "Axtarış
qrupunun banisi İbrahim Hadidir. O, əməliyyatlardan
sonra şəhidlərinin cəsədlərini gətirməyə gedirdi".
215
Müharibədən beş il sonra nəhayət, Kumeyl kanalında
işlər başlandı. Şəhidlərin cəsədləri bir-bir tapılırdı. Kanalın
sonunda çoxlu şəhid cəsədi yan-yana düzülmüşdü. Onların
cəsədlərini asanlıqla kanaldan çıxardıq, amma İbrahimdən
əsər-əlamət yox idi.
Diviziyanın axtarış qrupunun başçısı Əli Mahmudvənd
idi. O, Vəlfəcr-hazırlıq əməliyyatında beş gün Kumeyl
kanalının içində düşmən mühasirəsində qalmışdı.
Əli həyatını İbrahimə borclu bilib deyirdi: "Fəkkə
qürbətinin nə olduğunu heç kim bilmir. Bu kanallarda
bizim nə qədər məzlum uşaqlarımız var. Fəkkə torpağı
Kərbəla qürbətini yada salır”.
Bir gün axtarış zamanı bir şəhidin cəsədi tapıldı. Onun
əşyalarının arasında bir qeyd dəftərçəsi vardı. İllər ötsə də,
hələ oxumaq olurdu. Dəftərçənin son səhifəsində
yazılmışdı: "Artıq beşinci gündür mühasirədəyik. Suyu və
yeməyi bərabər paylara bölürük. Şəhidlər kanalın sonunda
yan-yana düzülüb. Onlar daha susuz deyillər. Susuz
dodaqlarına qurban, ey Fatimə oğlu!"
Uşaqlar bu dəftərçəni oxuyub çox təəssüfləndilər və
yenə axtarışa davam etdilər.
Əksər şəhidlərin cəsədi tapılsa da, İbrahimdən xəbər
yox idi. Bir müddətdən sonra İbrahimin dostlarından biri
baxış üçün Fəkkəyə gəldi. O, xatirələrini danışandan sonra
dedi: "İbrahimi çox da axtarmayın. O, adsız qalmaq
istəyirdi, onu çətin tapasınız. İbrahim Fəkkədə qalıb ki,
döyüş bölgələrinin ziyarətçilərinə günəş kimi işıq saçsın".
***
Doxsanıncı illərin sonlarında Fəkkədə yenidən axtarış
başlandı. Kanallardan yenə şəhid cəsədləri tapıldı, amma
əksərinin kimliyini müəyyən etmək mümkün olmadı.
216
Həmin axtarışlarda Əli Mahmudvənd və bir müddətdən
sonra Məcid Pazuki şəhidlərin sırasına qoşuldular.
Naməlum şəhidlərin cəsədləri Axtarış komitəsinə
verildi. Qərara alındı ki, bütün ölkəni gəzdirəndən sonra
Fatimiyyə günlərində hər beş şəhidi İranın bir bölgəsində
torpağa tapşırsınlar. Naməlum şəhid cəsədlərinin Tehranda
dəfn olunacağı gecə İbrahimi yuxuda gördüm.
Motosikletlə evimizin önündə dayandı və xüsusi sevinclə
dedi: "Biz də qayıtdıq!" Bunu deyib mənə əl yelləməyə
başladı.
Bir dəfə də şəhidlərin dəfn mərasimini yuxuda gördüm.
Maşının üstündəki bir şəhid tabutu tərpəndi və İbrahim
içindən çıxıb həmişəki kimi gülümsəməyə başladı.
Ertəsi gün qədirbilən xalq xüsusi coşqu ilə şəhidləri
qarşılamağa getdi. Təntənəli bir dəfn mərasimi təşkil
olundu, sonra da şəhidləri dəfn üçün müxtəlif şəhərlərə
göndərdilər.
Məncə, İbrahim həzrət Fatimeyi-Zəhranın (ə) şəhadət
günü naməlum şəhidlərlə qayıtdı.
Buna görə də, hansı naməlum şəhidin məzarı üstünə
gedirəmsə, bu xalqın İbrahimini və ibrahimlərini xatırlayıb
Fatihə oxuyuram.
|