6) "Əgər Ona iman gətirsəniz, (bilin ki,) hökm böyük və əzəmətli olan Allaha məxsusdur."
Bu ayələrdən "hökm"ün yalnız Allaha məxsus olduğu, Ondan qeyrisinə aid etməyin isə şirk hesab olunması düşünülür. Amma başqa bir ayədə qeyd edilir ki, "Biz Bəni-Israilə kitab, hökm və nübüvvət verdik."258 Digər bir ayədə Allah-Taala Peyğəmbərə əmr edir ki, haqq əsasında hökm etsin: "Onların arasında, Allahın nazil etdiyi hökm əsasında qəzavət et və onların həvayi-nəfslərinə tabe olma." Başqa bir yerdə Allah-Taala həzrət Davuda əmr etmişdir ki, camaatın arasında haqq ilə hökm (qəzavət) etsin.
Çox acınacaqlı və kədərləndirici haldır ki, Imam (ə) bir ovuc cahil və nadanların arasına düşmüşdü. Onlar ayələrin zahiri mənalarına əsaslanaraq hay-küy qoparır, camaatı yoldan azdırırdılar. Xəvaric əsas etibarı ilə Quran qariləri və Quran hafizləri idi. Lakin Peyğəmbər (s)-in buyurduğu kimi "Quran onların sinə və boğazlarından uzağa getmir, onların ruhlarına hopmurdu." Onlar Imam (ə) kimi həqiqi Quran təfsirçilərinin, yaxud da o həzrətin tərbiyə etdiyi şagirdlərin yanına gedib ilahi ayələrin düzgün məna və məfhumlarını öyrənmək, hansı mənada olan hökmün yalnız Allaha məxsus olduğunu bilmək istəmirdilər.
Qeyd etdiyimiz kimi, hökmün çoxlu mənaları var ki, onları qısa şəkildə qeyd edirik:
1-Yaradılış aləmində tədbir, eləcə də ilahi istəyin, məşiyyətin nüfuzlu olması;259
2-Şəriət və qanun qoyma;260
3-Cəmiyyətə haqq olan bir üsul surətində hakimiyyət edib onlara istila tapmaq.261
4-Camaatın ixtilaflı məsələlərində ilahi qanun əsasında qəzavət etmək.262
5-Bir ilahi əmanətdar kimi cəmiyyətə rəhbərlik etmək.263
Deməli, "hökm" sözünün müxtəlif mənaları, daha doğrusu, müxtəlif işlənmə yerləri vardır. Belə isə, bir ayənin sadəcə zahiri mənasına istinad edərək Siffeyndə həkəmeynə müraciət etməyi ayə ilə müxalif hesab etmək olarmı?! Əvvəlcə hansı hökmün yalnız Allaha məxsus olmasını, sonra isə Imam (ə)-ın əməlini araşdırıb onu Quranla müqayisə etmək lazımdır. Imam (ə) yerindəcə özünün məxsus səbir və hövsələsi ilə bəzi dəlillər gətirərək ayələrin həqiqi məna və məqsədlərini onlara başa salırdı. Lakin bütün ilahi peyğəmbərlər və dünya islahatçıları inadkarlıq və nadanlıq dərdini müalicə etməkdə aciz qalmışlar. Biz qeyd olunan ayələrin məfhumlarını təhlil etməzdən öncə, xəvaricin inadkarlıqları və öz başınaçılıqları yaxşıca aydınlaşsın deyə, onların bəzi kəskin rəftarlarını nəql edirik.
Dostları ilə paylaş: |